news Image
2013.04.16
10:42
| A A A
Təranə Qumral: “Musa nə qədər vicdansız olsa da, uşağını atacaq dərəcədə vicdansız deyil”-EKSKLÜZİV

Son günlər qalmaqallı boşanmaları və ağlasığmaz ittihamları ilə gündəmə gələn Təranə və Musa cütlüyü arasında soyuq müharibə hələ də davam edir. Dünən müğənni Təranə Qumral Mövqe.az saytına ərinin əvvəlki həyatyoldaşı,ailəsi haqqında məlumat verdi: "Musa Musayev həqiqətənmi sizdən əvvəl 2 uşağı, həyat yoldaşı olub və sizə görə ailəsini atıbmı"- sualına Təranə Qumral belə cavab verdi :"Bəli, məndən əvvəl onun ailəsi olub. Amma həyat yoldaşı olub,uşaqları olmayıb. Bəzi telekanallar səhv məlumat yaydılar ki, Musanın uşağı da olub. Ancaq bu doğru deyil. Musa nə qədər vicdansız olsa da, uşağını atacaq dərəcədə vicdansız deyil... Onun İmişlidəki ailəsinin qanuni olub-olmamasından xəbərsizəm, lakin mənlə qanunla yaşayıb". 

Təranə Qumral keçmiş həyat yoldaşı Musa Musayev haqqında şok açıqlama da verdi: " Musa xəstə və psixi problemləri olan insandır. Onun dediklərini ciddiyə almayın. Mən ondan 3 il öncə boşanmışam. Amma Musa mənim qanunla həyat yoldaşım olub. Boşanma səbəbim isə borc pul üstə olub. Onun "Rang-Roveri" girovdadır. Çünki borcları başından aşıb-daşır. Əgər o məni aşnam ilə tutmuşdusa niyə hər ikimizi elə qonşudaca öldürməyib?! Musa məni onla birgə yaşamaq istəmədiyim üçün döyüb, amma tüfənglə vurmaq istəməyib. Yıxılana balta vurmaq lazım deyil".

Müğənni xanım ərinin çoxdan onu şantaj etdiyini də açıqladı: "O, məni çoxdan şantaj edirdi ki, ondan ayrılsam məni biabır edəcək. Amma bir daha sizin vasitənizlə deyirəm ki, belə şeylər mənə yapışmaz və yapışmayacaq da".