Əlaqə Arxiv
news Image
2013.04.23
18:55
| A A A
Tezliklə möhtəşəm moda həftəsi Bakıda-EKSKLÜZİV

Mayın ilk həftəsi "Diamond Organization & Agency" və İrəli İctimai Birliyinin birgə təşkilatçılığı ilə Həzz klubda möhtəşəm moda həftəsi ( Fashion show) təşkil olunacaq. Bu barədə Mövqe.az saytına şirkətin baş direktoru Eldar Qulamov ətraflı məlumat verib: "Dəfilədə müxtəlif və möhtəşəm brendlərin nümayişi olacaq. "Fashion show"da tanınmış model "Miss Eurovision" model müsabiqəsində iştirak edəcək olan Briliant Bəhmənovanı da, podiumda görə biləcəksiniz. "Fashion show"u zamanı müxtəlif, əyləncəli konkurslar, müsabiqələr təşkil olunacaq. Şounun sonunda gənclər üçün diskoteka da təşkil olunacaq".

Şirkətin direktoru onu da qeyd etdi ki, "Fashion show"ya giriş özəl olacaq: "Yalnız İrəli İctimai Birliyinin üzvləri və məşhur insanlar bu şouda iştirak edə biləcəklər. Hər kəsə dəvətnamə verilməyəcək".




Sizin Reklam Yeriniz