Əlaqə Arxiv
news Image
2013.04.24
08:44
| A A A
Azərbaycandan İsrailə qondarma soyqırımı xəbərdarlığı?!
İsrailin «erməni soyqırımı»nı tanıması Azərbaycan-İsrail münasibətlərinə də ciddi xələl vura bilər Siyasi gündəmin ən çox diqqət cəlb edən hadisələrindən biri də Azərbaycanın işlər naziri Elmar Məmmədyarovun İsrail və Fələstinə səfəridir. Qeyd edək ki, səfər çərçiəvsində əzarbaycanlı nazir artıq bir sıra mühüm görüşlər keçirib. Məsələn, Elmar Məmmədyarov İsrail prezidenti Şimon Pereslə görüşüb.
İsrail prezidenti Azərbaycanı regionun aparıcı ölkəsi adlandırıb və tolerantlığın yüksək səviyyədə inkişaf etdiyini bildirib. O, Azərbaycanın terrorizmə qarşı tutduğu mövqeyi yüksək dəyərləndirib.
Elmar Məmmədyarov regionda gedən proseslər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi barədə İsrail prezidentinə məlumat verib, Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlı əhaliyə qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasətinin aparıldığını vurğulayıb və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrə Ermənistanın riayət etmədiyini bildirib.
Həmçinin, Məmmədyarov tolerantlığın Azərbaycanda əsrlərlə mövcud olduğunu qeyd edib, ölkədə çoxmədəniyyətliliyin böyük potensialına inamın olduğunu deyib. Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İsrailin xarici işlər nazirinin müavini Zeev Elkin isə bildirib: "Azərbaycanın xarici siyasət idarəsi rəhbərinin tarixdə ilk dəfə olaraq İsrailə səfər etməsi ölkələrimiz arasındakı münasibətlərin nə dərəcədə yüksək olmasının göstəricisidir".
Aprelin 23-də Məmmədyarov Tel-Əvivdə tanınmış yəhudi və israilli biznesmenlərlə görüşlər keçirib, bir sıra şirkətlərdə olub. Aprelin 24-də Məmmədyarov baş nazir Binyamin Netanyahu ilə görüşəcək, sonra Knessetə gedəcək. Onun müdafiə naziri Moşe Yaalon ilə görüşü də gözlənilir. Ekspertlər isə diqqəti səfərin tarixinə də çəkirlər.
İsrail-Azərbaycan Beynəlxalq Assosiyasının üzvü Arye Qut qeyd edir ki, ölkəsində Azərbaycanın müsətəqil xarici siyasət yürütməsini yüksək qiymətləndirirlər. Onun sözlərinə görə, belə bir vaxtda İsrail parlamentinin "erməni soyqırımı"nı müzakirə etməsi heç də məntiqə və şəraitə uyğun deyil. Çünki bu, İsrailin təkcə Türkiyə yox, həm də Azərbaycanla münasibətlərini pisləşdirə bilər.
Qeyd edək ki, Knesset bu qondarma soyqırımı müzakirə etmək üçün xüsusi iclas təşkil edib. İsrail parlamentinin üzvü Ruven Rivlin məsələylə bağlı qeyd edib ki, "biz əsla ermənilərin bu faciəsini unutmamalıyıq". Qeyd olunmalıdır ki, İsrail parlamentində qondarma soyqırımın müzakirəyə çıxarılması bu günlərdə Türkiyəylə İsrail arasında "Mavi Mərmərə" gəmisində baş verən qətliamla bağlı kompensasiya məsələsinin müzakirə edildiyi bir vaxta təsadüf edir. Hesab olunur ki, İsrail qondarma soyqırıma görə, Azərbaycanla da münasibətlərini zərbə altın ala bilər. Azərbaycanı isə buna maneə olmağa çalışacağı şübhəsizdir. Elmar Məmmədyarovun səfərinin bu vaxta təsadüf etməsi həm də bununla əlaqələndirilir. İstisna deyil ki, Elmar Məmmədyarov məsələ ilə bağlı Azərbaycanı mövqeyini artıq İsrail tərəfinə çatdırıb.
Qondarma soyqırımın tanınması İsrailin Türkiyə ilə yenicə düzələn münasibətlərinə də xələl vura bilər. Yeri gəlmişkən qeyd edək ki, İsrail "Mavi Mərmərə" qurbanlarına ödəniləcək təzminatla bağlı Türkiyənin rəsmi nümayəndələri ilə bazar ertəsi Ankarada keçirilən danışıqlardan məmnun qalıb. "Jerusalem Post" qəzeti Ankaradakı görüşdə tərəflərin qurbanların ailələrinə ödənəcək təzminatın hesablanması üçün xüsusi bir mexanizmin yaradılmasına dair razılıq əldə etdiyini yazır. Xəbərdə İsrail rəsmisinin açıqlamasına da yer verilir: "İclas səmərəli keçdi. Razılaşma mətni də daxil olmaqla bütün məsələlərdə razılıq əldə etdik. Amma təzminatın məbləğini müzakirə etmədik. Məbləğ barədə razılıq əldə ediləndə hər iki ölkədə tənzimlənəcək. Diplomatik əlaqələrin tamamilə yenidən qurulması ilə bağlı prosesə başlanacaq. Hər iki ölkənin nümayəndə heyəti yaxın günlərdə yenə görüşəcək". Digər tərəfdən "The Times of İsrail" saytı öldürülən fəalların ailələrinin hər birinin 1 milyon dollar almaq istədiyini iddia edir. İsrail Silahlı Qüvvələrinin radiosu isə, ölkənin hər ailəyə maksimum 150 min dollar ödəməyə hazır olduğunu bildirib.
Sizin Reklam Yeriniz