news Image
2013.04.29
16:37
| A A A
Görkəmli alim Zərifə Əliyevanın 90 illik yubileyi Ukraynada qeyd olunub

Aprelin 28-də Azərbaycanın görkəmli oftalmoloq-alimi Zərifə Əliyevanın 90 illik yubileyi münasibəti ilə Ukraynanın İrpen şəhərində təntənəli mərasim keçirilib.


Mövqe.az-ın məlumatına görə,  Azərbaycanın Ukraynadakı səfirliyinin və SOCAR-ın Ukrayna nümayəndəliyinin əməkdaşları, Ukrayna Azərbaycanlıları Konqresinin nümayəndələri, Ukrayna ali məktəblərinin tələbələri İrpendə Zərifə Əliyeva adına "Dostluq parkı"na gələrək görkəmli alimin abidəsi önünə çiçək dəstələri qoyub, onun xatirəsini böyük ehtiramla yad ediblər.  


Qeyd olunub ki, Zərifə Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının M.İ. Averbax adına mükafatına layiq görülmüş ilk alim qadındır. Onun müasir tibb elminə əvəzsiz töhfə olan tədqiqatları dünyanın məşhur oftalmoloq-alimləri tərəfindən yüksək qiymətləndirilir.