news Image
2013.04.30
07:33
| A A A
Rusiya Qafqaz və Xəzərdə NATO ilə üz-üzə gəlir
Əfqanıstandan çıxarılan NATO qüvvələrinin Qafqaz və Xəzərdən keçməsi Moskvanın buraya yeni hərbi qüvvələr cəmləməsinə səbəb olub

Qazaxıstan Xəzərdəki Aktau limanını Əfqanıstandan çıxarılan NATO qüvvələrinin daşınması üçün təqdim etməyə hazırdır. Belə bir açıqlama ilə Qazaxıstanın Almatı şəhərində İstanbul prosesi çərçivəsində keçirilən konfransında ölkə prezidenti Nursultan Nazarbayev çıxış edib.

Rusiyanın "Nevazisimaya qazeta" mətbu orqanı yazır ki, əgər Nursultan Nazarbayevin təklif qəbul olunarsa, onda Aktau limanı avtomatik olaraq Pentaqonun və onun müttəfiqlərinin bazası olacaq. Mərkəzi Asiya və Qafqazın öyrənilməsi üzrə Mərkəzinin eksperti Stanizlav Pritçin isə hesab edir ki, Xəzərə dənizində ABŞ hərbi dəniz bazasının yaradılması regionun, xüsusilə İran və Rusiyanın sürətli silahlanmasına gətirib çıxaracaq.

Mərkəzi Asiya üzrə ekspert Aleksandr Knyazev isə bildirib ki, bununla da faktiki olaraq Xəzər dənizindəki onsuz da kövrək olan təhlükəsizlik arxitekturası dağılacaq. Bundan əvvəl "WikiLeaks" satı da Astna və Vaşinqton arasında NATO yükləri ilə bağlı danışıqlar aparılıdığını bildirmişdi. NATO qüvvələrinin Xəzərə gəlişi isə Moskvanı birmənalı şəkildə narahat edir. Kreml hesab edir ki, NATO qüvvələri Xəzərdə qalıb möhkəmlənə bilərlər. Lakin Moskvaın narahat edən təkcə bu deyil. Azərbaycanın da NATO qüvvələri ilə bağlı siyasəti şimal qonşumuz tərəfindən müsbət qarşılanmır. Belə ki, NATO Əfqanıstandan çıxarılan yüklərinin bir hissəsini Bakı-Tiflis-Qars dəmir yolu ilə daşımağı planlaşdırır. Buna əsas səbəb isə layihə iştirakçısı olan Qafqaz dövlətlərinin NATO-ya belə bir təklif ünvanlamasıdır. Qeyd edək ki, hələ bu ilin fevralında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bu xüsusda maraqlı açıqlamalar verib: "2014-cü ilin sonuna kimi İSAF qoşunları Əfqanıstandan çıxacaq və yüklərin bir hissəsi Azərbaycanın təmin etdiyi tranzit dəhlizdən çıxarılıb Avropaya və digər ölkələrə daşınacaq". Araz Əzimov hazırda Azərbaycan ərazisindən İSAF əməliyyatı çərçivəsində Əfqanıstana yüklərin daşınmasının davam etdiyini deyib. O qeyd edib ki, Azərbaycan bu imkanı NATO-ya öz töhfəsi kimi təqdim edib: "Bu tranzit imkanlardan NATO-ya üzv ölkələr, tərəfdaş ölkələr istifadə edir. Düzdür, 2014-cü ilin sonuna kimi İSAF qoşunları Əfqanıstandan çıxarılacaq və yüklərin bir hissəsi Azərbaycanın təmin etdiyi tranzit dəhlizdən çıxarılıb Avropaya və digər ölkələrə daşınacaq. Hazırda bu imkandan istifadə edilir. Lakin daha böyük miqyasda yüklər 2013-cü ilin ikinci yarısından daşınmağa başlayacaq. Çünki bir il ərzində, yəni 2014-cü ilin ərzində bütün qoşunların çıxarılması planlaşmış şəkildə olmalıdır. Birdən-birə bütün yüklərin çıxarılması mümkün deyil. Çünki İSAF bu ilin sonuna qədər Əfqanıstanda qalmalı və öz missiyasını yavaş-yavaş yerli hökumətə təhvil verməlidir. Əfqanıstan hökuməti bütün imkanları ona yönəldib ki, ölkənin bütün ərazisinə öz suveren nəzarətini təmin etsin və təhlükəsizliyin təminatı məsələsinə özü nəzarət etsin. Bu proses indi də davam edir və demək olar ki, 90 faiz yerinə yetirilib. Biz də öz tərəfimizdən Əfqanıstanla bütün istiqamətlərdə əməkdaşlıq edirik və əməkdaşlığı davam etdirməyə hazırıq".

Gürcüstan da Əfqanıstandan çıxarılan NATO yüklərinin Bakı-Tiflis-Qars dəmir yolu ilə daşınmasını təklif edib. Brüsseldə keçirilən NATO toplantısında iştirak edən Gürcüstanın xarici işlər naziri Maya Pancikidze eyni təklifin rəsmi Bakı tərəfindən də edildiyini qeyd edərək bildirib ki, Gürcüstan tərəfindən ilk dəfə bu təşəbbüs NATO-nun baş katibi ilə görüşdə baş nazir Bidzina İvanişvili tərəfindən səsləndirilib. Sözügedən marşrutun hərbi birləşmələrin və hərbi yüklərin daşınması üçün əlverişli olduğunu dilə gətirən Gürcüstan xarici işlər naziri təklifin NATO üçün də münasib olacağına əminliyini bildirib. Rusiya isə NATO qüvvələrinin nə Xəzərə nə də Qafqaza gəlişini istəmir. Rusiyada "Kavkazkaya politika" jurnalının baş redaktoru Maksim Şevçenko bundan əvvəl iddia edib ki, gələn il NATO-nun hərbçiləri Əfqanıstandan çıxarılacaq Bu zaman Qafqazdan keçən NATO qüvvələrinin bir hissəsi ekspertə görə Qafqazda qala bilər. GBrünür, bu səbəbdəndir ki, Moskva həm Xəzərə, həm də Qafqaza aktiv şəkildə böyük ordu qüvvələri cəmləyir. Əsas məqsəd isə buraya gələ biləcək NATO qüvvələrinə güc nümayişi və Moskvanın regionda geosiyasi maraqlarını güc yolu ilə qorumağa hazır olduğunun göstərilməsidir.