news Image
2012.04.03
21:58
| A A A
Elçin Əfəndiyevdən telekanallara sərt ittiham

Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan telekanallarındakı verilişlərin səviyyəsi ilə bağlı narahatlığını ifadə edib. APA-nın məlumatına görə, Azərbaycan Dövlət Televiziyası (AzTV) Qapalı Səhmdar Cəmiyyətində İlyas Əfəndiyevlə bağlı çəkilən "Ləyaqət hücrəsi"adlı filmin təqdimatında baş nazirin müavini bildirib ki, televiziya kanallarında bədii-estetik nəzarət olmalıdır: "Mən belə deyəndə bəzi qəzetlər yazırlar ki, Elçin senzuranın tərəfdarıdır. Bəli, mən bədii-estetik senzuranın tərəfdarıyam. Çünki Azərbaycanda bəzi televiziya kanallarında toyxana ilə mavi ekran arasında, laqqırtı ilə söhbət arasında fərq götürülüb. Bu, məndə çox narahatlıq yaradır". E. Əfəndiyev bu baxımdan AzTV-nin verilişlərini digər kanallara nümunə çəkib: "AzTV-də göstərilən verilişlər bugünkü Azərbaycan teleməkanı üçün xarakterik deyil. Hamı görür ki, indi hansı səviyyədə müğənniləri, oxuyanları, aşıqları efirə çıxarırlar. Bu, Azərbaycan mədəniyyətinə layiq olmayan faktdır".