news Image
2012.04.03
18:25
| A A A
Suriyada 30 azərbaycanlı tələbə qalır
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini davam etdirir Azərbaycanın Suriyadakı səfirliyinin bağlanması və səfiri Mahir Əliyevin geri çağırılması barədə qərar yoxdur. Bunu Lent.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev söyləyib. Elman Abdullayev səfirliyin normal rejimdə fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, hazırda Suriyada 30-a yaxın azərbaycanlı tələbə var: "Səfirliyimiz həmişə bu tələbələrə tövsiyə edir ki, Azərbaycana qayıtsınlar, gərginlik aradan qalxandan sonra geri dönsünlər. Buna baxmayaraq, hazırda Suriyada 30 azərbaycanlı tələbə var. Səfirliyimiz də Suriyada qalan bu tələbələrə təhlükəsiz yerlərdə olmağa üstünlük verməyi tövsiyə edir". Qeyd edək ki, bir sıra Qərb dövlətləri, o cümlədən Türkiyə Suriyadakı səfirliyini bağlayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs