news Image
2012.04.03
19:31
| A A A
"Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi"
Bu adda iki cildli kitab Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabının təqdimatı keçirilib. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilən kitabın ideya rəhbəri Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, redaktoru Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTac) baş direktoru Aslan Aslanov, Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov, millət vəkili Aydın Mirzəzadə və digərləri kitabın əhəmiyyəti, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı tətbiq etdikləri təcavüz və soyqırımı aktları, onların qanlı nəticələri və digər məsələlərdən bəhs ediblər. Həmçinin bildirilib ki, bu kimi kitablar bir neçə dillərə tərcümə olunaraq yayılmalı, həmin əsərlərin elektron versiyaları hazırlanmalıdır. Qeyd edək ki, Azərbaycanlıların soyqırımı haqqında prezident fərmanının yer aldığı kitabın I cildində ermənilərin Azərbaycana köçürülməsi və məskunlaşması, ermənilərin Osmanlı imperiyasında türklərə qarşı törətdikləri soyqırımı, 1905-1907-ci illər soyqırımları, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, sonuncu deportasiyanın qanlı olayları, ermənilərin Sumqayıt təxribatı, ermənilərin Qarabağ savaşı, onun qanlı salnaməsi, Azərbaycanın işğal olunan ərazilərində ermənilərin qanunsuz fəaliyyəti, Qarabağ münaqişəsi dövründə əsir, girov və itkin düşənlər, 20 yanvar faciəsi, Xocalı soyqırımı, toponimlər, maddi-mənəvi sərvətlərin dağıdılması, talan edilməsi və digər hadisələr yer alıb.

Kitabın II cildində isə əsasən arxiv və sənədli materiallar əks edilib. Bunlar arasında ermənilərin İrandan köçürülüb gətirilməsi haqqında A.S.Qriboyedovun məktubu, Türkmənçay müqaviləsi, Şamaxıda 1918-ci ildə ermənilər tərəfindən qarət edilən və dağıdılan kəndlərin siyahısı, 1948-1953-cü və 1988-1989-cu illərdə Ermənistandan deportasiya edilən azərbaycanlı yaşayış məntəqələrinin siyahısı və digər zəruri materiallar əks edilib.

Kitabda dünya ictimaiyyətinin ermənilər haqqındakı fikirləri də yer alıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs