Əlaqə Arxiv
news Image
2013.07.01
18:45
| A A A
Şou-biznesin böyüyən təhqirli qalmaqalları
Yasin Qarayev: «Həyatda özünü idarə edə bilməyən adam bir də görürsən əxlaqdan dərs deyir»

Murad Arif: "Maska taxmaqdansa, açıq-aşkar, kim-kimi qəbul etmir, həzm edə bilmir, söyləsinlər"


Xəyyam  Xəlilov: "Şou-biznesdə bir-birini söyən, təhqir edən müğənnilər zaman keçəndən sonra can bir qəlbdə olurlar, mehribanlaşırlar"


Şou-biznes sahəsində son günlərdə ən çox diqqət cəlb edən hadisələrdən biri də bir neçə xalq artisti arasında yaşanan söz davasının böyüməsidir. Təbii ki, bu qəbildən olan hallar cəmiyyət tərəfindən birmənalı və müsbət qarşılanmır. Xalq artisti Yasin Qarayev Mövqe.az-a açıqlamasında bununla bağlı bildirir: "Bilirsiniz, söhbət tək xalq artistindən getmir. Həyatda özünü idarə edə bilməyən adam bir də görürsən əxlaqdan dərs deyir ya da ki, kiməsə ağıl verir. Olduğu məkanı , "kolxoz bazarı"na çevirir. Mənim fikrimcə, sağlam düşüncəli şəxs, özəl münasibətlərini məxfi həll etməlidir. Oxucu və tamaşaçının nə günahı var ki, bu sərsəm rəzillərin əsəbini keçirsin? ! Elə fikirləşməyin ki,sözüm təkcə xalq artistlərinə aiddir. Əsla! Siyasətçi, məmur, jurnalist, artist, və s. sənət sahibləri d əburaad yer alır. Təbii ki, söhbət bel ədemək mümkünsə, özünü apara bilməyənlərdən gedir. Şeksprin bir sözü var:" İnsana bədbəxtlik, çətinlik, yoxsulluq,ya da dərd-qəm lazımdır, yoxsa adam özünü tez unudar".

Onlar özünü unudanlardır. Bir də bu hal, ahıl insanlar üçün eyib sayılar. Fikrimi N. Gəncəvinin fikri ilə tamalamaq istərəm:

Cavan hər nə etsə də ayıb olmaz ona,

Min ayıb tutarlar qocalıqda insana"


Aparıcı Murad Arif isə sualımıza tamam fərqli cavab verdi: : "Superdir! Belə də davam eləsinlər! Mən səmimiyyətin tərəfdarıyam. Maska taxmaqdansa, açıq-aşkar, kim-kimi qəbul etmir, həzm edə bilmir, söyləsinlər... Özlərinə belə rahat olacaqsa, tamaşaçılara da belə maraqlı olacaq.

Müğənnilər, sənət adamları dünyanın hər yerində emosional olur. Yenə də deyirəm, qalmaqal bugünkü şou -biznesin bir atributudur, onsuz gündəmdə qalmaq mümkün deyil. Müğənnilər örnək deyil, adi insanlardır. Onların da sevdikləri və qəbul etmədikləri kəslər ola bilər. Məncə, pünhan riyakarlıqdansa, səmimi, aşkar, lap qalmaqallı "dialoq" yaxşıdır".


"Qala" qrupunun solisti, müğənni Xəyyam Xəlilov isə bildirir: " Hər halda hər bir insan özünə və həmkarına hörmət etməyi bacarmalıdır. İncəsənət adamları daha öndə olduqları üçün bir qədər diqqətli olmalıdırlar.Və onlara verilən fəxri adları qoruyub saxlamağı bacarmalıdırlar. Təbii ki, xalq artistləri arasında olan söyüşləri və təhqirləri yaxşı qarşılamıram. Ən azından onlar xalqın qınağına çevrilir və pis qarşılanır. Şou-biznesdə bir-birini söyən, təhqir edən müğənnilər zaman keçəndən sonra can bir qəlbdə olurlar, mehribanlaşırlar. Ona görə də hər bir işi sülh yolu ilə həll etmək lazımdır. Söyüş, təhqir, qalmaqal - bunlar izə yaraşmaz".




Sizin Reklam Yeriniz