Əlaqə Arxiv
news Image
2013.07.05
08:19
| A A A
Rusiyanın cənubunda yeni Qarabağ münaqişəsi yaranır
Krasnodar vilayətində ermənilərin ekspansiyasına Moskva göz yumsa da, Rusiya mediası həyəcan təbili çalır

Ermənilərin Rusiyanın cənubunda daha çox məskunlaşması və bunun Moskva üçün gələcəkdə ciddi başağrısına çevriləcəyi haqda artıq Moskvanın özündə də həyəcan təbili çalınmaqdadır. "Cənub Federal" portalında dərc olunan "Kuban Qarabağı" adlı məqalə də qeyd edilənlərin real təsdiqidir.

Burada qeyd olunur ki, Kubanda məskunlaşan ermənilərin muxtariyyət bardə sakin, hələ nəzəər çarpmayan tələbi sonda Rusiyanın bu hissəsinin mərkəzi hakimiyyətdən ayrılması tələbinin gündəmə gəlməsi ilə nəticələnə bilər. Qeyd olunur ki, Kubanda ermənilərin ekspansiyası genişlənir.

Rusiyanın cənub vildayətində məskunlaşan ermənilər burada həm də kütləvi ixtişaşlar salmaqda ad çıxarıblar. Xüsusən də Soçi şəhərində ermənilərin bu qəbildən olan hərəkətləri ciddi narazılıq predmetinə çevrilib. Baş verənlərdən Krasnodar vilayətinin qubernatoru Aleksandr Tkaçev da narahatlıq ifadə edir. Bundan əvvəl onun verdiyi göstərişə əsasən, yerli polis Kuban ərazisində qafqazlıların kütləvi şəkildə məskunlaşmasının qarşısını almalıdır. Gücləndirilmiş işə görə yerli polisin aylıq əməkhaqqı 25 min rubla qədər artılıb ki, bu da Kuban üçün böyük məbləğdir. Tkaçev bunun etnik təmizləmə siyasəti kimi başa düşülməməsini bəyan etsə də, həmin vax verilən qərar böyük narazılıqlara səbəb olub. Daha çox narahat olan isə Krasnodarda böyük say çoxluğuna malik ermənilər idi. İşğalçı ölkənin rəsmi dairələrində hesab edirlər ki, bu, Kubandan ermənilərin sıxışdırılmasına hesablanan qərardır. Məlumat üçün deyək ki, hazırda Krasnodarda 800 minə yaxın erməni yaşayır. Son 20 ildə burada 250 min erməni məskunlaşıb. XIX əsrin əvvəllərindən bu ərazilərdə məskunlaşan ermənilər artıq özlərini miqrant deyil, yerli əhali hesab edir. Görünür, Rusiya hökumətini narahat edən də budur. Qədim Azərbaycan torpaqlarında məskunlaşdıqdan sonra bu əraziləri özününküləşdirməyə çalışan ermənilərin Gürcüstana qarşı ərazi iddiaları da var. Onların əsas hədəfi Cavaxetiyadır. Xatırladaq ki, hazırda Şimali Qafqaz regionunda sırf ermənilərin yaşadığı 2 şəhər və 22 kənd var. Analitiklər yaxın gələcəkdə Rusiyanın digər ərazilərində də erməniləri sıxışdırma siyasətinin davam edəcəyini istisna etmir.

Məlumatlara görə, indi Şimali Qafqazda olan ermənilərin sayı yarım milyonu keçir. Lakin onların Şimali Qafqaz xalqları ilə münasibətlərinin kəskinləşməsi fonunda ermənilərin buradan köçünün başlanması və ən yaxşı halda üçdə birinin burada qala biləcəyi istisna olunmur. Xatırladaq ki, artıq Livanda ermənilər bu təcrübəni yaşayıb. Belə ki, Livanda 1974-cü ildə vətəndaş müharibəsi zamanı müxtəlif Livan qruplaşmaları buradakı erməni əhalisindən istifadəyə çalışırdı. Nəticədə sözügedən ölkədə cəmi 100 min erməni qaldı. Analoji situasiyanın Şimali Qafqazda da yaşana biləcəyi vurğulanır. Hələlik isə bu baş vermədiyindən ermənilər regionda mövqelərini gücləndirməyə çalışır. Qeyd olunduğu kimi, ermənilərin möhkəmlənməyə çalışdığı əsas bölgələrdən biri kimi Krasnodar çıxış edir. Hələ ötən ilin əvvəlindən Krasnodar diyarında erməni icması Erməni Əlaqələndirmə Şurası yaratmağı planlaşdırır. Artıq erməni icmalarının görüşündə bu haqda razılıq əldə edilib. Həmin toplantıda Krasnodar, Novorossiysk, Soçi şəhərlərinin icma təmsilçiləri iştirak edib. Sözügedən şura Krasnodar bölgəsində yaşayan ermənilərin saxta tarixinin növbəti ildönümünü qeyd etməyi, habelə icmanın çeşidli problemlərini yerli hakimiyyətin diqqətinə çatdırmağı da qarşısında məqsəd qoyub.

Şimali Qafqaz regionlarında (Stavropol, Krasnodar, Rostov), eləcə də Volqoqrad, Həştərxan, Ulyanovsk, Samara vilayətlərində çağdaş dönəmdə erməni koloniyalarının təşəkkülü və inkişaf etdirilməsi layihəsini həyata keçirməklə də ermənilər burada möhkəmlənmək niyyətini ortaya qoyur. Layihədə vurğulanır ki, erməni əhalisinin Quzey Qafqaz regionlarında daimi məskunlaşması planlı şəkildə həyata keçirilməlidir. Qeyd olunur ki, Quzey Qafqazda erməni əhalisinin yeni məskunlaşma istəyi fonunda onlar burada evlə və işlə təmin olunmaq məsələsində əlavə problemlərlə üz-üzə qalmamalıdır. Bu yöndə bütün diaspor qurumlarını da səfərbər ediblər. Ermənilər onu da vurğulayır ki, Quzey Qafqaz vilayətlərində son illərdə rus əhalinin sayının sürətlə azalması nəticəsində yaranan boşluğu doldurmaqla yanaşı, həm də torpaq sahələrinə malik olmaları onların buraya köçünü stimullaşdırır. Moskva isə baş verənlərə hələlik laqeyd mövqe sərgiləyir. Lakin Rusiya jurnalistləri artıq həyəcan təbili çalaraq Rusiyanın cənubunda yeni Qarabağ münaqişəsinin yaranmaqda olduğunu bildirirlər.

Sizin Reklam Yeriniz