Əlaqə Arxiv
news Image
2013.07.06
09:20
| A A A
Kommersiya obyektlərini icarəyə verənlər arasında hələ də vergidən yayınmağa cəhd edənlər var
Vüqar Bayramov: "Sentyabrdan Bakının mərkəzi yerlərində kommersiya obyektlərinin icarəsində növbəti qiymət artımının olacağı proqnozlaşdırılır" Ramil Osmanov: "Digər seqmentlərdə baş verən qiymət artımı tədricən kommersiya sahəsinə də təsir göstərir"

Son zamanlar yaşayış binalarının qiymətinin artması fonunda kommersiya obyektlərinin icarəyə verilməsi sahəsində də bahalaşma tendensiyası müşahidə olunur. Bəzi məlumatlara görə, paytaxtdakı kommersiya obyektlərinin icarə haqqı orta hesabla 10 faizə qədər bahalaşıb. Digər tərəfdən, müxtəlif obyektləri kommersiya məqsədilə icarəyə verənlər hələ də əksərən vergidən yayınırlar. Onlar bu prosesi rəsmiləşdirən müqaviləni nədənsə müvafiq qurumlardan gizlədirlər. Sözügedən iki amilin nədən qaynaqlandığını araşdırmaq üçün ekspertlərə müraciət etdik.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov düşünür ki, son aylar kommersiya sektorunda aktivliyin artması həmin sahə üzrə icarə haqlarının da bahalaşmasına rəvac verib: "Hazırda əmlak bazarında qiymət artımları müşahidə edilməkdədir. Əmək bazarında müşahidə edilən həmin qiymət artımı da əmək bazaranın tələbatının artması ilə bağlıdır. Eyni zamanda, tələbatın artması fonunda, təəssüf ki, süni şəkildə müəyyən qiymət artımları müşahidə olunur. Bu da birmənalı şəkildə özünü əmlak bazarında göstərir. Yaşayış binalarının qiymətinin artmasının eyni zamanda, öz təsirini əmlak bazarının digər seqmentlərinə, o cümlədən birmənalı şəkildə kommersiya obyektlərinə də göstərir. Kommersiya obyektlərinin icarə qiymətlərinin artması həm əmlak bazarında müşahidə edilən ümumi qiymət artımları ilə əlaqədardır, həm də təkcə bununla bağlı deyil. Bu artımın baş verməsində son aylar kommersiya sektorunda fəaliyyətin aktivləşməsi də rol oynayır. Kommersiya sektorunda fəaliyyətin aktivləşməsi birmənalı şəkildə bu tip obyektlərin icarə haqlarının artmasına gətirib çıxarır. Güman olunur ki, qiymət artımları davam edəcək. Çünki payız aylarından başlayaraq, əmlak bazarında da müəyyən qiymət bahalaşmasının baş verəcəyi gözlənilir. Bu da birmənalı şəkildə yenə də kommersiya və ticarət obyektlərinin icarə haqlarına təsir göstərəcək. Bu baxımdan sözügedən sektorda qiymət artımlarının davamlı olacağını düşünmək olar. Sentyabr ayından başlayaraq, Bakının mərkəzi yerlərində kommersiya obyektlərinin icarəsində növbəti bir qiymət artımının olacağı proqnozlaşdırılır".

Kommersiya obyektlərini icarəyə verməyə görə vergidən yayınma hallarına gəldikdə, ekspert bildirdi ki, Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklikdən sonra bu sahədə müəyyən qədər dönüş əldə olunacağı gözlənilir: "Bildiyiniz kimi, Vergi Məcəlləsinə yeni əlavə və dəyişikliklər edildi. 2013-cü ilin yanvarın 1-dən etibarən dəyişikliyə əsasən icarə haqqının hansı məbləğlə bağlanmasından asılı olmayaraq, birmənalı şəkildə vergi hər zona üzrə Vergilər Nazirliyinin müəyyənləşdirdiyi minimum və ya standartlar əsasında hesablanır. O baxımdan kommersiya obyektlərini icarəyə verməyə görə vergidən yayınmanın müəyyən qədər aradan qaldırılması halı müşahidə olunur. Çünki Vergilər Nazirliyi cari ilin yanvarından kommersiya obyektlərinin icarəyə verilməsilə bağlı yeni qaydalar təsdiq və tətbiq edib".

Əmlak Bazarı İctirakçılarяı İctimai Birliyinin sədri Ramil Osmanov isə bildirdi ki, kommersiya obyektlərinin icarəsinin bahalaşması digər seqmentlərdə gedən anoloji prosesin nəticəsidir: "Kommersiya obyektlərinin icarəsinin bahalaşması cüzi şəkildə özünü göstərir. Bütövlükdə götürdükdə, kirayə qiymətləri, həm də kommersiya obyektlərinin icarə haqqında nisbi artımlar müşahidə olunmaqdadır. Bu da ondan irəli gəlir ki, digər seqmentlərdə baş verən anoloji proseslər tədricən bu sahəyə də təsirini göstərir. Eyni zamanda son illər söküntülərin həddən artıq artması, bunun nəticəsində vətəndaşlara kompensasiyanın verilməsi və həmin kompensasiyanın çox hissəsinin yenidən daşınmaz əmlak bazarına yönəldilməsi nəticəsidə bu kimi qiymət artımlarının baş verməsi başa düşüləndir".

Sizin Reklam Yeriniz