Əlaqə Arxiv
news Image
2013.07.11
08:26
| A A A
Qiymət artımı mənzil bazarında yeni böhrana yol açacaq
Nüsrət İbrahimov: “Daşınmaz əmlak bazarında böhranın baş verməsi üçün 6 - 8 il vaxt lazımdır” Ramil Osmanlı: “Süni qiymət artımının müəyyən zərərli təsirləri var”Araşdırmalar göstərir ki, ölkədə daşınmaz əmlak bazarında qiymətlər hələdə artan istiqamətdə davam edir. Xüsusən də Bakı şəhərində daşınmaz ə

Bu isə, öz növbəsində bəzi ekspertlərə görə, daşınmaz əmlak sahəsində böhran təhlükəsini gündəmə gətirir. Ekspertlər ölkədə daşınmaz əmlak bazarında qiymətlərin artacağını təsdiqləsələr də, yaxın vaxtlarda bu sahədə böhranın olacağını istisna edirlər.

"MBA Group" konsaltinq şirkətinin direktoru, iqtisadçı-ekspert Nüsrət İbrahimovun fikrincə, yaxın gələcəkdə böhran gözlənilmir: "Daşınmaz əmlak bazarında böhranın baş verməsi üçün 6 - 8 il vaxt lazımdır. Artıq biz onun 3 ilini keçmişik. Yəni, yaxın 3 - 5 ildə də bu artımı müşahidə edəcəyik. Adətən daşınmaz əmlak bazarında qiymətlər artanda bu bazar investorlar üçün maraqlı olur. Ona görə də həmin bazara çox investisiya yatırmağa başlayırlar. Qiymətlər artıdığından alıcılar isə almağa tələsirlər. Ona görə də həm investorlar, həm də real alıcılar tərəfindən qiymət təzyiqi yaranır. Bununla da qiymətlər artır. Qiymətlər o vaxta qədər artır ki, bazar doyum həddinə çatır. Doyum həddinə çatanda artıq bazarda aktivlik azalmağa başlayır. Amma qiymətlər yenə də 1 il müddətində ətalət qüvvəsi altında artıma meylli olur. Ondan sonra isə bazarda böhran dövrü başlayır. İndi böhranın konkret nə vaxt başlayacağını demək çətindir. Ancaq aparılan müşahidələr göstərir ki, ümumən bazarın artım tempi 8 - 12 il olur. 8 - 10 ildən sonra böhran başlayır. Bu il artım ili idi".

Ekspert əlavə etdi ki, dünyanın bir çox ölkəsində qiymət artımı baş verməkdədir: "Nəinki, daxildə, xüsusən də bizim ətraf reginolarda qiymətlər daha sürətlə qalxır. Ona görə də bunu təkcə daxili faktorlara şamil etmək olmaz. Burada xarici faktorlar daha çox üstün rol oynayır. Bu da ondan irəli gəlir ki, dünya iqtisadiyyatı tədricən 2008 - ci ilin böhranından çıxaraq, inkişafa meyllənir. İnkişafa meyllidirsə, miqrasiya göstəriciləri artır. Miqrasiya göstəriciləri artan yerdə daşınmaz əmlak bazarına təzyiq yaranır və qiymət artımı müşahidə edilir. Ancaq daxildə də buna münbit şərait var. Bu gün əhalinin gəlirləri artır. Gəlirlər artanda bank depozitlərinin həcmi artır. İnsanlar risklərdən qorunmaq üçün vəsaitlərinin bir hissəsini banklara, bir hissəsini də daşınmaz əmlaka qoyur. Daşınmaz əmlakda qiymətlər artıqca daşınmaz əmlaka yatırılan vəsaitlərin həcmində artımlar müşahidə edilir".

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlının sözlərinə görə, indiki mərhələdə böhran üçün hansısa səbəb yoxdur: "Ona görə ki, faktiki olaraq bu gün bazar təqribən ipotekadan asılı vəziyyətdədir. Belə olan təqdirdə böhrana şərait yarada biləcək hansısa bir əsaslı səbəb yoxdur. Amma bunun digər bir tərəfi var ki, qiymət artımının iqtisadi əsası yoxdur. Qiymətlərin bu şəkildə - pərakəndə, süni artımı Azərbaycan bazarında tədricən risk amilin artırır. Bu sahəyə qoyulan investisiyaların dayanıqlığının yenidən cəlb olunma imkanları məhdudlaşır. Ancaq Azərbaycan bazarında çox sürətli şəkildə dinamik dəyişikliklər baş verməsi bir tərəfdən xeyirlidir. O baxımdan ki, Azərbayan bazarı inkişaf edir. Digər tərəfdən isə süni qiymət artımının müəyyən zərərli təsirləri var. Ümumilikdə hansısa böhran gözlənilmir. Amma inflyasiyaya təkan verə və nağd pul kütləsinin bazara daha çox axınına şərait yarana bilər".

Sizin Reklam Yeriniz