Əlaqə Arxiv
news Image
2013.07.12
08:54
| A A A
Ərəb ölkələrində ixtişaşların Qafqaza mənfi təsiri artır
Problem regionda yerləşən ölkələrdən biri kimi Azərbaycan üçün də aktualdır

Ərəb ölkələrində, xüsusən də Suriya və Misirdə baş verənlər, bu proseslərdə radikal silahlı qüvvələrin də aparıcı rol oynaması bütün dünyada ciddi narahatlıqla izlənir. Çünki həmin radikal qüvvələrin sonradan digər bölgələrə köç etmiəsi hələ də aktuüalğınıqoruyur. 

Məsələn, şimal qonşumuz Rusiya sözügedən radikal qüvvələrin Qafqaza, xüsusən də Dağıstan və Çeçenistana üz tuta biləcəyindən ciddi narahatlıq keçirir. Digər tərəfdən o da faktdır ki, Qafqazdan vəziyyətin qarışıq olduğu ərəb ölkələrinə, xüsusən də Suriyaya üz tutanlar var və onlar əsasən vəhhabi təriqətinin təmsilçiləridir. Problem Azərbaycan üçün də aktuallığını qorumaqda davam edir. Məsələn, "SalamNews" portalı Qusar sakinlərinə istinadən belə bir maraqlı məlumat yayıb: "Vəhhabi dini təriqətinin tərəfdarları olan Qusar rayonunun bəzi sakinləri döyüşmək üçün Suriyaya gediblər". 

Məsələyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev də münasibət bildirib. O qeyd edib ki, Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini dayandırıb: "Hazırda Suriyada azərbaycanlıların olub-olmamasını müəyyən etmək çətindir. Belə ki, bu ölkədə yalnız Azərbaycanın deyil, bir çox digər ölkələrin də diplomatik nümayəndəliklərinin fəaliyyəti dayandırılıb. Biz bu istiqamətdə araşdırmanı davam etdiririk. Suriyada olan azərbaycanlılara gəlincə, bundan əvvəl məlumat verdiyimiz kimi, onlar münaqişə ölkəsindən təxliyə olunublar". O söyləyib ki, Azərbaycan XİN Suriyada 30 nəfər azərbaycanlının həlak olması ilə bağlı məlumatı da araşdırır.

Qeyd edək ki, bir neçə ay əvvəl Suriyada Bəşər Əsəd rejiminə qarşı müharibədə iştirak edən bir Azərbaycan vətəndaşının videosu yayılmışdı.  Suriyada son vəziyyətlə bağlı "YouTube"da yayımlanan silahlıların döyüşdən əvvəlki andiçmə mərasimində Zaqatala sakinlərinin həmin silahlı birləşmələrin tərkibində olan görüntüləri yayılıb. Bel əməlumatlar da dolaşır ki, vəhhabi təriqətinin təmsilçiləri olan şəxslər Azərbaycanı tərk etdikdən sonra Suriyaya üz tuturlar. Bütün bunlar problemin Azərbaycan üçün də aktuallığını qoruduğundan xəbər verir. 

Məsələyə konkret Azərbaycan prizmasından yanaşdıqda Suriya münaqişəsinin regiona digər təsirləri də mövcuddur. Özü də bu təsirlər beynəlxalq miqyasda belə açıq etiraf olunur. Məsələn, bir müddət öncə fransalı senator Natali Qule Fransa Senatında keçirilmiş plenar iclasında xarici siyasətə dair müzakirələrdə Dağlıq Qarabağ münaqişəsi, Suriyadan ermənilərin Dağlıq Qarabağa köçürülməsi və eləcə də ermənilərin Xocalıda yeni aeroport tikməsi məsələlərini qaldırıb.

Senator bildirib ki, Suriyada baş verən münaqişənin acı nəticələri Cənubi Qafqaz regionuna da öz təsirini göstərir: "Suriya erməniləri Ermənistana köçürülür və oradan da onları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətrafda yerləşən Laçın və Kəlbəcər kimi rayonlara göndərirlər. Erməni əsilli suriyalı qaçqınlara yönəlmiş belə bir siyasət pislənməlidir. Çünki bu siyasət beynəlxalq humanitar hüquqa və eləcə də dördüncü Cenevrə Konvensiyasına ziddir. Bölgədə demoqrafik tarazlığı süni şəkildə pozmağa yönəlmiş bu cür addımlar bir daha Ermənistanın destruktiv mövqeyini ortaya qoyur. Bununla Ermənistan təkcə bütün beynəlxalq təşkilatlar tərəfindən tanınmış Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini davam etdirmək deyil, eyni zamanda, Minsk qrupunun iştirak etdiyi və dalana dirənmiş danışıqlar prosesi ilə yadda qalan bu mürəkkəb vəziyyəti uzatmaq niyyətini nümayiş etdirir".

Bu araad məlum olub ki, Ermənistana gələn suriyalı ermənilərin sayı təxminən 10 min  nəfərə çatıb. Ermənistan Diaspora Nazirliyinin əməkdaşı Lusin Stepaniyan deyib ki, bu rəqəm ötən il 6000 nəfər olub: "Suriyada ümumiyyətlə 100 min erməni yaşayır. Gəlmələrə İrəvanda ev tapmaqla yanaşı, iş tapmaq da müşkülə çevrilib. Amma Hələbdən gələnlər arasında zəngin insanlar da var ki, onlar dövlət yardımı ilə ev alacaqlar". 

Lusin Stepanyanın sözlərinə görə, onlar sadəcə ev qiymətlərinin yarısını verməli olacaq: "Ermənistan hökuməti gələnlərə vətəndaşlıq verilməsi prosesini sürətləndirəcək. Artıq 2700 nəfər suriyalı erməni vətəndaşlıq üçün aidiyyatı qurumlara müraciət edib".  Ötən ay Ermənistan hökuməti bəyan edib ki, İrəvandan 20 km uzaqlıqdakı Aştarak sənayə bölgəsində "Yeni Hələb" adlı qəsəbə salınacaq. 5 hektarlıq qəsəbədə Suriyadan gələn minlərlə qaçqın yerləşdiriləcək. Amma Suriyadan gələn ermənilərin bir qisminin yenə Qarabağda yerləşdirilməsi Ermənistan hökuməti üçün prioritet məsələ olaraq qalır.

Sizin Reklam Yeriniz