Əlaqə Arxiv
news Image
2013.07.12
16:36
| A A A
Turizm obyektlərində qiymətlərin aşağı düşməsi ƏDV-dən keçir
Vüqar Bayramov: «Əlavə dəyər vergisinə güzəştlərin tətbiqi birbaşa bu sektorda xərclərin azaldılmasına və qiymətlərin ucuzlaşmasına səbəb olar»

Gülnar İsmayılova: "Vergi dərəcəsinin azalması və yaxud xüsusi güzəştlər edilməsi mövcud bazar qiymətlərində azalmaya səbəb olacaq "


Turizm obyektlərində xidməti qiymətlərin baha olması və əksər hallarda müştərilərin narazılığına yol açıması barədə indiyə qədər dəfələrlə deyilib, yazılıb. Lakin reallıqda bu sahədə hələ də hansısa ciddi irəliləyişdən  danışmaq mümkün deyil. Bu fondabelə təkliflər səslənir ki, turizm obyektləri bəzi Avropa ölkələrində olduğu kimi əlavə dəyər vergisindən (ƏDV) azad olunsun, yaxud bu verginin miqdarı turizm obyektləri üçün aşağı salınsın. Mövqe.az-a açıqlamasında iqtisadçi-ekspert Vüqar Bayramov turizm obyektlərində qiymətlərin baha olmasını birbaşa turizmlə bağlı problem adlandırıb: "Bu sahədə qiymətlərin yüksək  olması turizm sektoruna güzəştlərin az olması ilə bağlı olan məsələlərdir. Müxtəlif ölkələrdə turizm sahəsi prioritet  sektorlardan hesab olunur.  Turizim sektoru prioritet sahələrdən hesab olunduğu üçün ona mütəmadi  dövlət dəstəyinin verilməsinə ehtiyac böyükdür. Şərqi Avropa ölkələrində olduğu kimi biz də də, bu sahəyə dəstək verilməlidir". 

İqtisadçı ekspert bir sıra ölkələrdə  əlavə dəyər vergisinə edilən güzəştlərin analojı tətbiqinin Azərbaycanda da tətbiq olunmasına ehtiyac olduğunu qeyd edib: "Şərqi Avropa ölkələri təcrübəsi göstərir ki, bu sektora ayrılan əlavə dəyər vergisində güzəştlərin edilməsi xeyirlidir. Əlavə dəyər vergisinə güzəştlərin tətbiqi  birbaşa bu sektorda xərclərin azaldılmasına və qiymətlərin ucuzlaşmasına səbəb olar. Biz də isə turizimə tətbiq olunan əlavə dəyər vergisi 18%-dir. Turizm sektorunda fəaliyyət göstərən şirkətlər üçün də, əlavə dəyər vergisinin həcmi 18%-dir. Bu da birmənalı şəkildə turizm sektorunda çalışan şirkətlərin xərclərinin artmasına səbəb olur. Söhbət əlbəttə ki, əlavə dəyər vergisinin tam olaraq ləğvindən getmir. Sadəcə əlavə dəyər verginin həcmində müəyyən güzəştlər olunmalıdır. Hansıkı bu təcrübə Gürcüstanda, Şərqi Avropa ölkələrində tətbiq olunub. Şərqi Avropa ölkələrində, məsələn  Ruminyada əlavə dəyər vergisi 18% olsada, bu ölkədə  turizm sektorunda çalışan şirkətlər əlavə dəyər vergisinə 7%-lə cəlb olunurlar. Bu, birmənalı şəkildə imkan verir ki, praktik olaraq turizm sektorunda fəaliyyət göstərən şirkətlərin xərclərin azaldılmasına nail olunsun.  Bu da nəticə etibarilə turizm sektorunda qiymətlərin tənzimlənmsinə və bu sahənin rəqabət qabiliyyətinin artırılmasına şərait yaradır. Azərbaycan isə nəinki xarici turistlərin, hətta yerli turistlərin cəlb olunması baxımından olan rəqabətdə də uduzur. Bu da qiymətlərə bağlıdır.

Əgər bizdə turizmə tətbiq olunan əlavə dəyər vergisinə güzəşt olunarsa, bu, birmənalı şəkildə qiymətlərin aşağı düşməsinə, xarici turizm axının məhz ölkəmizə yönəlməsinə imkan verəcək. Qonşu  Gürcüstan və Türkiyədə dincələn turistlərin Azərbaycana gəlməsi də artacaq". 

İqtisadçı ekspert Gülnar İsmayılova isə ilk olaraq ölkə turizminin əlverişli potensialı haqqında fikirlərini bölüşdü: "Ümumiyyətlə, Azərbaycanın turizm potensialı yüksək hesab olunur. Buna ölkənin əlverişli coğrafi mövqedə yerləşməsi,  eyni zamanda qədimi və tarixi abidələrlə zəngin olması faktorları təsir göstərir. Hazırda turizm sahəsində aparılan islahatlar mövcud problemləri tam olaraq aradan qaldırmasa da, bu sahədə mərhələli tədbirlər görülür.  2010-2014-ci illər üzrə nəzərdə tutulan turizmin inkişafına dair Dövlət proqramında kiçik və orta sahibkarlığa yardımlar nəzərdə tutulur və bu məsələ ilə əlaqədar olaraq sahibkarların müraciətinə Mədəniyyət və Turizm Nazirliyi baxır. Rəsmi məlumatlara əsasən yeni "Turizm haqqında" qanunun parlamentin payız sessiyasında müzakirə olunacağı gözlənilir". 

Ekspert yeni qanunların qəbulu və islahatların həyata keçirilməsinin turizmin inkişafına stimul verəcəyini qeyd edib: "Belə ki, beynəlxalq təcrübədən göründüyü kimi başlıca faktorlardan biri də dövlət tərəfindən  xüsusi vergi güzəştlərin tətbiq olunmasıdır, regional müqayisəyə baxanda Gürcüstan və Türkiyənin turizm sektoru daha çox inkişaf edib və həmin ölkələrdə istirahət etmək burayla müqayisədə daha ucuzdur. Buna əsas səbəb kimi Gürcüstanda turizm şirkətlərinin 15 illik ƏDV-dən azad olunmasıdır. Ölkəmizdə iəs hələ də bir hissəsi istirahət üçün xarici ölkələrə üz tuturlar. Buda əsasən xidmət haqlarının yüksək olması, bu sahədə çalışanların peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlıdır".

İqtisadçı turizm sektoruna əlavə dəyər vergisinə güzəştlərin tətbiqi nəticəsində baş verəcək dəyişikliklər barədə də Mövqe.az-a məlumat verib: "Nəzərə alsaq ki, qiymətlərin formalaşmasında 18 faiz ƏDV təsir edir, vergi dərəcəsinin azalması və yaxud xüsusi güzəştlər edilməsi mövcud bazar qiymətlərində azalmaya səbəb olacaq və bunun nəticəsində də ölkə daxilində istirahət etmək üçün xarici ölkələrə üz tutanların sayının azalması və xarici turistlərin ölkəyə cəlb etmək mümkün olacağı gözlənilir. Həmçinin, onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə turizm inkişafı üçün nəzərdə tutulan tədbirlər kompleks şəkildə həyata keçirilməlidir, həm vergi dərəcələrinin azaldılması,  turizm şirkətlərinin fəaliyyətinin sertifikatlaşdırılmasına dair normativlərin hazırlanması, turizm marşurutlarının sayının artırılması və inkişafını təmin edəcək tədbirlər kompleksi hazırlamaq, həm də bazar qiymətlərinin formalaşmasında qiymətlərə nəzarət edərək və onların süni şəkildə qalxmasının qarşısının alınması önəmli faktorlardır".


Sizin Reklam Yeriniz