news Image
2013.07.13
13:59
| A A A
Sabah 40 dərəcə isti olacaq
Dəniz suyunun temperaturu 24-26 dərəcə isti olacaq


İyulun 14-də Azərbaycanın bəzi bölgələrində havanın temperaturu 40 dərəcəyə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, istirahət günü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-26 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da hava şəraiti, əsasən, yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs