news Image
2013.07.13
14:08
| A A A
Magistraturaya boş qalan yerlərin sayı açıqlandı
Boş qalan plan yerlərə əlavə qəbul avqustun əvvəllərində aparılacaq


2013/2014-cü tədris ili üzrə Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarının I mərhələsinin nəticələrinə görə 2673 plan yeri vakant qalıb.

Tələbə Qəbulu üzrə Dövlət Komssiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, magistraturaya qəbul olmuş 5765 bakalavrın 85,74 faizi, yəni 4943-ü qeydiyyatdan keçib. Magistratuyraya qəbul olanların 822 nəfəri tələb olunan müddətdə qeydiyyatdan keçməyib. Qəbul olanların qeydiyyatdan keçməməsi isə həmin bakalavrların magistraturada təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

E.Nağızadənin sözlərinə görə, ali məktəblərin magistratura pilləsi üzrə boş qalan plan yerlərinə isə əlavə qəbul avqustun əvvəllərində aparılacaq. Komissiya rəsmisi deyib ki, bu il magistratura səviyyəsinə qəbul 60 proqram üzrə aparılıb və 6794 plan yeri ayrılıb.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı iki mərhələdə keçirilir. 2013/2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ilk mərhıələsi martın 3-də. Ikinci mərhələsi isə iyunun 23-də keçirilib.Qəbul imtahanlarının ikinci mərhələsində iştirak edən 11274 bakalavrdan 8996 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılmışdı.