Əlaqə Arxiv
news Image
2013.07.16
18:29
| A A A
İlboyu davam edən saxta endirimlər
Vüqar Bayramov: «Saxta endirimlərə saxta qiymət artımı kimi baxılmalıdır»

Mustafa Abbasbəyli: "Malların dəyəri süni şəkildə artırılaraq, sonradan onlara endirimlər tətbiq olunur"


Cəmiyyətdə ciddi narazılıq predmetinə çevrilən məsələlərdən biri də mağazalarda edilən saxta endirim kampaniyaları ilə bağlıdır. Bu kampaniyaların saxt aolmasını sübut edən əsas məqamlardan biri onların bəzən ilboyu davam etməsidir. Mütəxəssislər də əslində, mağazalarda satılan mallara 50, 60 və 70 faiz endirimlərin tətbiq edilməsinin daha çox saxta xarakter daşıdığını bildirirlər. Qeyd edək ki, ümumiyyətlə, saxta endirimlər problemi son illərin ən çox diqqətçəkən məsələlərindəndir. Monitorinqlər də göstərir ki, Bakının bir çox ticarət obyektlərində endirimlər saxta xarakter daşıyır və bu sadəcə, alıcıları cəlb etmək məqsədilə həyata keçirilir. Məsələyə münasibət bildirnə iqtisadçı-ekspert Vüqar Bayramov Mövqe.az-a açıqlaamsında bildirir: "Bəzi mağazalar çox tez-tez endirimlər edirlər. Araşdırmalar göstərir ki, bu endirimlər saxta endirimlərdir. Və praktiki olaraq bu endirimlər reallıqda baş vermir, alıcıları cəlb etmək üçün saxta endirim kompaniyalarıdır. Bu həm də istehlakçıların aldanaraq hüquqlarının pozulmasına səbəb olur. Rusiyada saxta endirimlərin qarşısının alınması üçün qanun qüvvədədir. Bu qanun birmənalı şəkildə ölkədə saxta endirimləri qadağa etməklə yanaşı, bu cür şirkətlərin bağlanılmasını da qanunvericilikdə   əks etdirir. Əslində, Azərbaycanda da saxta endirimlərə saxta qiymət artımı kimi baxılmalıdır. Bizdə saxta endirimlərə qarşı xüsusi qanun olmasa belə, mövcud qanunvericilik saxta endirimlərin olmasını qadağa edib. Nəzərə alsaq ki, saxta endirimlər zamanı hətta endirmlərdən sonra da  elan edilən qiymətlər kifayət qədər yüksək olur. Bəzən isə əvvəlki qiymət göstərilmir və ya yalnış göstərilir. Əksər vaxtlarda endirimlərin 75% olması üçün afişalar, elanlar, reklamlar verilsə də mağazaya daxil olan alıcı heç də bütün mallara o qədər endirim olunması ilə rastlaşmır. Elanlarda belə bəzi məhsulların endirimdə olması göstərilməlidir. Qanunvericiliklə də bu tənzimlənməlidir. Saxta endirimlərə qarşı mübarizə gücləndirilməlidir və daha məqsədəuyğundur ki, Rusiyada olduğu kimi ölkəmizdə də saxta endirimlərə aid xüsusi qanun qəbul edilsin.  Bu da, sahibkarları və mağazaları saxta endirimə getməkdən çəkindirə bilən ən real addımdır". 

İqtisadçı ekspert Mustafa Abbasbəyli isə bildirir: "Məlum olduğu kimi, geyim əşyalarının satış bazarında, mallara tələbat ilin fəsillərinə uyğun olaraq dəyişir. İlin müvafiq fəsli növbəti fəsil ilə dəyişdikdə, yeni fəslə uyğun geyimlərə tələbat artdığı kimi, köhnə fəslə uyğun geyimlərdə də tələbat azalır. Bu baxımdan bu sahədə tətbiq olunan endirimlərin mahiyyəti, tələbatı azalan malların, tələf olmasının əvəzinə, nisbətən az gəlirliliklə və ya ümumiyyətlə gəlir əldə etmədən satışını təmin etməkdən ibarətdir. Azərbaycanda endirimlərin il boyu davam etməsi sualına gəldikdə, onu demək olar ki, heç də bütün markalarda bu belə deyil. Tanınmış markalarda endirilmlər, qeyd etdiyim kimi, fəsillərə uyğun olaraq, adətən ildə 2 və ya 4 dəfə tətbiq olunur. 

Digər az tanınmış markalarda və ümumiyyələ tanınmamış markalarda isə endirimlər bir sıra fərqli səbəblərdən də asılı tətbiq oluna bilər. Misal üçün, hər hansı bir brendin satışı özünü doğrultmadıqda, malın tələf olmasının qarşısını almaq məqsədi ilə endirimlər tətbiq oluna bilər. 

Bəzi hallarda isə endirimlər süni şəkildə də tətbiq olunmasının şahidi oluruq. Malların dəyəri süni şəkildə artırılaraq, sonradan onlara endirimlər tətbiq olunur. Bununla, mal sahibləri insanları psixoloji cəhətdən aldatmış olurlar". 


Sizin Reklam Yeriniz