Əlaqə Arxiv
news Image
2013.07.17
08:58
| A A A
Müharibə təhdidi yenidən baş qaldırır
Durğunluq dövründə olan danışıqlar prosesini hər an savaş əvəz edə bilər

Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqların hələ də durğunluq mərhələsində olması və yaxın perspektivdə hansısa ciddi dəyişikliyin gözlənilməməsi fonunda müharibə ehtimalı getdikcə yüksəlir. Rusiyalı politoloq Vldimir Yevseyev də bildirir ki, Azərbaycan Ordusunu kifayət qədər möhkəmləndirib və ərazisini güc yolu ilə azad etməkdən onu heç bir qüvvə saxlaya bilməz.

Digər tərəfdən Ermənistanın danışıqlar prosesindən yayınması da Bakıya əlavə seçim yeri qoymur. Ermənilərinbu mövqeyini ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara da etiraf edir. Xatırladaq ki. Leonaid Kojara regiona səfəri çərçivəsində Azərbaycanın işğal altındakı ərazilərinə də səfər edib. Separatçı qurumun rəhbəri Bako Saakyanla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin hazırki mərhələsi diqqətdə saxlanıb. Separatçı rejimin rəhbəri ATƏT-dən Dağlıq Qarabağın 3-cü tərəf kimi danışıqlarda iştirakına toxunub. Lakin ATƏT sədri danışıqlar prosesinin formatının dəyişdirilməsinin mümkün olmadığını bildirib. Qeyd edək ki, Leonid Kojara Azərbaycanda səfərdə olarkən Dağlıq Qarabağın azərbaycanlı icması ilə də görüşüb. İcmalarla bu cür görüşlərin məqsədi mədəniyyətlərası dialoqun qurulmasıdır. ATƏT sədri Dağlıq Qarabğın azərbaycanlı icması ilə görüşdə də tərəflər arasında etimad mühitinin formalaşması və humanitar dialoqun qurulmasının vacibliyini vurğulayıb. Lakin ermənilərin bu dialoqdan yayındığını da etiraf edib. Ümumiyyətlə, son 5 ildə həmsədrlər münaqişə tərəfləri arasında humanitar dialoqun qurulması istiqamətində səyləri artırıb.

Məlumat üçün deyək ki, Fransa yaxın vaxtlarda tərəflər arasında qeyri-rəsmi görüş təşkil etmək niyyətində olduğunu açıqlayıb. AŞPA sədri Jan Klod Minyon bildirib ki, bu görüş hər 2 ölkənin parlament nümayəndələrinin iştirakı ilə Strasburq və ya Parisdə baş tuta bilər. Bu məqsədlə Fransa Xarici İşlər Nazirinin qarşıdakı həftələrdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə görüşü gözlənilir. Bütün bunlar fonunda isə Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında gözlənilməz müharibənin başlayacağından narahatdır. İşğalçı ölkədə hesab edirlər ki, münaqişə ətrafında artan gərginlik birbaşa Rusiyanın diktəsi ilə baş verir və Kremldən hər hansı kömək və ya dəstək gözləmək sadəlövhlükdür. İşğalçı ölkənin Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Krirosyan bildirir ki, Rusiya Cənubi Qafqazda öz hakimiyyətini və təsirini artırmaq üçün Qarabağ münaqişəsindən və artan gərginlikdən istifadə edir. Azərbaycanın hərbi sahədə gündən-günə güclənməsində narahatlığını bildirən erməni ekspert bunun Ermənistan ordusu üçün fəlakətli nəticələrə səbəb olacağını deyib. Onun qənaətincə, 2008-ci ilin avqustunda Gürcüstanda baş verən gözlənilməz müharibə Ermənsitanda da baş verə bilər və bundan qorxmaq lazımdır. Kirakosyan Rusiyanın yaranmış vəziyyətdən öz xeyrinə istifadə etdiyini bildirib. İrəvanda narahatlıq doğuran məqam isə Rusiyanın Azərbaycana silah satması ilə bağlıdır. "Daşnaksütyun" partiyasının nümayəndəsi Kiro Manoyan bildirir ki, Rusiyanın Azərbaycanı silah satması Ermənistan üçün məqbul deyil. Onun sözlərinə görə, amma Ermənistanın Rusiyaya QULAQ asmaqdan başqa yolu yoxdur. Manoyan bildirib ki, hazırda İrəvan elə bir çətin vəziyyətə düşüb ki, hətta öz milli maraqlarını müdafiə etmək iqtidarında deyil. Siyasətşünasın fikrincə, Rusiyanın Azərbaycana qarşı münasibətindən asılı olmayaraq, İrəvan Kremlin bütün tələblərini yerinə yetirməyə məcburdur.

Yaranmış vəziyyəti təhlil edən ABŞ-ın Hudson İnstitutunun hərbi-siyasi təhlil mərkəzinin direktoru Riçard Uayts isə qeyd edir ki, Avrasiyanın mərkəzindəki Qarabağ, Abxaziya, Dnestryanı kimi problemlər təhlükə mənbəyidir. Ekspertin fikrincə, Dağlıq Qarabağ münaqişəsi Stalinin siyasəti nəticəsində ortaya çıxıb: "SSRİ-nin dağılması bir çox keçmiş sovet respublikasında böyük qarışıqlıqlara səbəb oldu. Etnik qrupların məskunlaşdığı yerlər heç də həmişə real sərhədlərə uyğun gəlmir. Bu problem təkcə bu regionda yox, hər yerdə mövcuddur". O da birmənalı vurğulanır ki, mümkün müharibədə Ermənistanın məğlubiyyəti qaçılmaz olacaq.

Sizin Reklam Yeriniz