news Image
2013.07.19
07:52
| A A A
Radikal müxalifətdən ermənilərin mənafeyinə xidmət edən mövqe
Cümşüd Nuriyev: “Azərbaycan müxalifəti Eldar Namazovun timsalında başını quma salmış dəvəquşudur” Elçin Mirzəbəyli: “Bu adamlar Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı mübarizə aparırlar”

"Bəzi müxalifət partiyaları rəhbərlərinin, funksionerlərinin, habelə müxalifətə yaxınlığı ilə seçilən QHT və KİV nümayəndələrinin təmsil olunduğu "milli şura" adlanan qurumun təmsilçisi həmin tədbirdə Azərbaycan haqqında absurd, əsassız, qeyri-obyektiv və dezinformasiya xarakterli çıxış edib və eyni məzmunlu məlumat yayıb".

Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iyulun 16-da ABŞ Helsinki Komissiyası Azərbaycan ilə bağlı brifinqi qiymətləndirərkən qeyd edib. O, bildirib ki, həmin tədbirdə Azərbaycan ilə bağlı iki tənqidi çıxış olub: "Bunlardan birini "milli şura"nın nümayəndəsi, o birisini də ABŞ Erməni Milli Assambleyasının təmsilçisi edib. Eyni zamanda, hər ikisi də tənqidi arayış yayıblar. Azərbaycan qanunvericiliyini təhrif edən, ölkədə baş verən hadisələrə, cərəyan edən proseslərə öz subyektiv siyasi maraqları prizmasından yanaşan, subyektiv siyasi iddialarını reallaşdırmağa cəhd göstərən "milli şura" və orada təmsil olunan antimilli ünsürlər indi də ermənilərlə sinxron şəkildə Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək üçün konkret fəaliyyətə başlayıblar".

Xatırladaq ki, əvvəllər də radikal müxalifətin ermənilərlə eyni cəbhəni bölüşən addımları çox olub. Belə ki, bir müddət öncə Müsavat başqanı İsa Qəmbərin ümummilli erməni hərəkatı ilə əməkdaşlıq haqqında bəyannaməni imzalaması hər kəsin xatirəsindədir. Bundan başqa, iyunun 29-30-da Niderland "Çoxpartiyalı Demokratiya İnstitutu"nun təşkilatçılığı ilə Gürcüstan parlamentində "Cənubi Qafqazın Gənc Siyasətçilərinin Forumu"nda Azərbaycandan iştirak edən bir sıra gənclərin ermənilərlə həddən ziyadə dostyana və mehriban münasibətlərdə olmaları haqqında məlumatlar öz təsdiqini tapdı.

Radikal müxalifətin tək iqtidara qarşı yox, eyni zamanda milli maraqlarla da əks qütbə olması digər siyasi şərhçilər tərəfindən də müsbət qarşılanmadı. Politoloq Cümşüd Nuriyev bildirir ki, müxalifətin tez-tez belə paranoid xəstəlikləri baş verir: "Yəni, onlar Azərbaycan iqtidarını söyənin kimliyindən asılı olmayaraq, onunla eyni mövqedə çıxış edirlər. Amma ölkə daxilində olanda bu, o qədər də ciddi narahatçılıq doğurmur. Hətta Tiflisdəkini də anlayışla qəbul etmək olar. Çünki oradakı gənclərin təhsil səviyyəsi aşağıdır. Onların dünya görüşündə ciddi problemlər var. Ona görə də iqtidara qarşı ancaq söyüş müstəvisində özlərini təqdim etməyə çalışırlar. Amma ABŞ - da Eldar Namazovun çıxışı anlaşılan deyildi. Bu adam diktator kimi danışdı. Eldar Namazov özünü proffessional siyasətçi hesab edir, amma bu adam hələ siyasi oyunda piyadadır. Ona Milli Şuranın adından danışmaq səlahiyyəti verilməyib. Çünki Milli Şuranın əsasnaməsində icra aparatı deyilən bir şey yoxdur. Əslində, onun irəli sürüdüyü 3 təklif müxalifətin ciddi simasının olmadığını göstərdi. Onun fikirlərinə görə, Azərbaycan müxalifəti ancaq həbsdə olmuş insanların koalisiyasıdır. Amma o anlamır ki, belə bir koalisiya "qanuni oğrular" da olur. 6 dəqiqədən artıq çıxış etdi. Amma piardan xəbəri olmaz şəkildə. Əgər siyasətçisənsə, orada ingilis dilində ən azından üzündən oxumalı idin. Bütün proseslər göstərir ki, sanki, Azərbaycan müxalifəti cadulanıb. Baş cadugar da Eldar Namazovdur. Hazırda Azərbaycan müxalifəti Eldar Namazovun timsalında başını quma salmış dəvəquşudur".

Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli bildirir ki, Milli Şurada təmsil olunan insanların ermənipərəst mövqedən çıxış etməsi yeni hadisə deyil: "Dəfələrlə eyni faktlar olub. Vaxtı ilə İsa Qəmbər ümummilli erməni hərəkatı arasında əməkdaşlıq haqqında bəyannaməni imzalamışdı. Milli Şuranın sədri R. İbrahimbəyov "ermənilər köçəndən sonra Bakı tamamilə öz görüntüsünü dəyişdiyi" ifadəsini dəfələrlə deyib. Eyni zamanda erməniləri son günlər anlayışlı bir xalq kimi dəyərləndirir. Mütəmadi olaraq ermənipərəst mövqedən çıxış edir, Azərbaycanın ərazi bütövlüyün şübhə altına alır, Dağlıq Qarabağın həm də ermənilərə məxsus olduğunu bildirən fikirlər səsnləndirib. Bu baxımdan da onunla eyni mövqedən çıxş edən Eldar Namazovun da fərqli aspektdən çıxış edəcəyini gözləmək doğru olmazıdı. Əslində, Eldar Namazov Azərbaycanın milli maraqlarına xidmət edən fikirlər səsləndirsə idi, bu, sensasiya kimi qəbul edilərdi. Bu adam üçün dövlət maraqları deyilən anlayış yoxdur. Hakimiyyətə qarşı mübarizə ilə dövlətə qarşı mübarizə anlayışlarını səhv salıb. Bu adamlar konkret bu gün Azərbaycan iqtidarına qarşı siyasi mübariz deyil, Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı mübarizə aparırlar. Bu da o deməkdir ki, onlarda milli təəssübkeşlik hissi yoxdur. Yəni, onlar Azərbaycan dövlətçiliyinin düşmənləridir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs