news Image
2013.07.19
08:00
| A A A
Çanaq antenaların ömrü başa çatır
Rəqəmsal yayıma keçid, kabel televiziyasının inkişafı artıq belə antenalara heç bir ehtiyac yeri qoymur

Məlum olduğu kimi cari ilin sonuna qədər Azərbaycan tam rəqəmsal yayıma keçməyi planlaşdırır. Bu ilin sonundan etibarən də ölkədə analoq televiziya yayımı dayandırılacaq. Qeyd edək ki, bütün ölkə ərazisində rəqəmsal televiziya yayımını təşkil etmək məqsədilə xüsusi TV-paketlərin hazırlanması da diqqət mərkəzindədir.

Həmçinin, aztəminatlı ailələrin maraqlarını nəzərə alaraq sosial TV-paketlərində formalaşdırılması planlar sırasınaddır. Ümumiyətlə isə, dünyanın inkişaf etmiş ölkələri də rəqəmsal yayıma keçidə xüsusi önəm verirlər. Hələ iki il əvvəl Yaponiyada belə bütün ərazisi boyu, yerüstü və peyk analoq televiziya yayımı dayandırılıb.

Bununla da Yaponiyada 60 ilə yaxındır ki mövcud olan analoq televiziya yayımı artıq tarixdə qalıb. Xatırladaq ki, Yaponiyadan əvvəl ABŞ və Almaniyan da müvafiq addımlar atıb. Bu addım bir tərəfdən istehlakçıları daha keyfiyyətli yayım formatı ilə təmin etmək, digər tərəfdən isə tezlik radiodiapazonunu boşaltmaq imkanı verir. Rəqəmsal yayıma keçid isə çanaq antenaların aolan tələbatı da azaldır. Ekspertlərin fikrincə, bundan sonra vətəndaşların çanaq antenalarından istifadəsinə ehtiyac qalmayacaq. Hesablamalara görə, Azərbaycanda əhalinin 40 faizə qədəri peyk antenalarının istifadəçisidir. Bunun müsbət tərəfi ilə yanaşı, mənfi cəhətləri də var. Məsələn, bel əfikirlər ssələnir ki, mütəmadi olaraq çanaq antenaları ilə əhatə olunmuş ərazilərdə olmaq çox risklidir. Radiasiyanın insan orqanizminə təsirlərini araşdıran həkimlər bunun böyük fəsadlara yol aça biləcəyini deyirlər. Məsələ burasındadır ki, çanaq antenaları qəbuledici olduğundan peyklərdən dalğalar qəbul edir. Dalğalar geniş zolaqdan sıxılaraq antenanın mərkəzindəki qəbulediciyə çatdırılır. Buna görə də mərkəzi hissəyə yaxın olmaq daha təhlükəli hesab olunur. Hətta bəzi insanlar bir antenaya iki qəbuledici birləşdirir. Bu zaman aktiv dalğalar daha geniş zolağı əhatə edir və mərkəzdə daha böyük təhlükə yaranır. Bunu nəzərə alaraq dünya təcrübəsində antenaların istifadəsində yeniliklər edilib. Azərbaycanda da rəqəmsal yayıma keçid fonunda belə antenalara ehtiyac azalır.

Bununla yanaşı, ekspertlər rəqəmsal yayımın böyük üstünlüklərə də malik olduğunu xüsusi olaraq vurğulayırlar. Bu yayım DVB-T (rəqəmsal yerüstü efir yayımı) standartı üzrə həyata keçirilir. DVB-T standartının əsas üstünlükləri - təsvir və səs siqnallarının qəbul keyfiyyətinin yüksəlməsi, kənar maneələr təsirinin az olması, proqramların sayının artırılması, tezlik spektrindən effektiv istifadə olunması, məsələn bir tezlikli yayımın tətbiq edilmə imkanının olmasıdır. Bununla belə rəqəmsal yayımın interaktivlik, İnternetlə bağlantı, abunəçinin girişi üçün kodlama sisteminin tətbiqi kimi imkanları da var. Əgər əvvəlki analoq formatında bir tezlikdə bir kanal yayımlanırdısa, rəqəmsal format bir tezlikdə 12-yə qədər kanalın yayımlanmasına imkan verir. Bu kanalların sayının artırılması da mümkündür. Onu da qeyd edək ki, əvvəllər azmərtəbəli binanın qarşısında daha hündür bina ucaldılanda azmərtəbəli binanın sakinlərinin evində telekanalların dalğalarının tutulmasında problem yaranırdısa, rəqəmli televiziya yayımı bu problemi aradan qaldırır.

Bir məsələni də diqqətə çatdıraq ki, rəqəmsal və kabel televiziya yayımlarını çoxalması da peyk antenalarını sıradan çıxarır. Məlumdur ki, çanaq antenası vasitəsilə yalnız açıq kanallara baxmaq mümkündür. Lakin bir çox maraqlı bağlı telekanallar var ki, bunlara çanaq antenaları ilə baxmaq mümkün deyil. Məsələn, idman oyunları, konsertlər, yüksək keyfiyyətli filmlər, heyvanlar aləmindən bəhs edən verilişlər kommersiya marağı daşıdığı üçün onları bağlı şəkildə ötürürlər və tamaşaçı çanaqla bunu izləyə bilmir. Amma sözügedən qapalı telekanalların həm kabel operatorları, həm də efir vasitəsilə yayımlanan televiziya operatorlarının proqramlarının istehsalı ilə məşğul olan şirkətlərlə müqavilələri var. Bu müqaviləyə uyğun olaraq da onların verlişlərinə və təqdim etdiklərə digər proqramlara baxmaq olar. Qeyd olunanlar fonunda rəqəmsal yayıma keçidin, eləcə əd kabel televiziyasının inkişafının nə qədər mütərəqqi əhəmiyyətə malik olduğu bir daha özünü qabarıq büruzə verir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs