Əlaqə Arxiv
news Image
2013.07.23
08:50
| A A A
Cəbhə xəttindəki müharibəyə yol açan gərginlik
Elman Nəsirli: "Azərbaycan ordusunun mövcud gücünü gördükdən sonra Ermənistanın müharibəyə başlamaq cəhdi onlar üçün çox ağılsızlıq olardı" Emin Həsənli: "Ermənilər işğal etdiyi torpaqlarımızı boşaltmayacaqsa, bütövlükdə Ermənistan boşalacaq, iqtisadiyyatı büsbütün çökəcək"

Cəbhə xəttində vəziyyətin gərgin olmasına dair hər gün məlumatlar yayılmaqdadır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri keçən həftənin istirahət günləri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçuayırım kəndlərindəki, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnə Qışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Tərtər rayonunun Göyarx, Çaylı, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşilə susdurulub. Bu hal hər gün cəbhənin müxtəlif istiqamətlərində təkrarlanır və cəbhə bölgəsində vəziyyətin həqiqətən də gərgin olduğunu deməyə əsas verir. Görəsən, belə vəziyyət irimiqyaslı müharibəyə yol aça bilərmi?

Politoloq Elman Nəsirli bildirdi ki, cəbhə xəttində vəziyyətin gərginləşməsi prosesi Ermənistan üçün daxili auditoriyaya hesablanıb: "Ermənistanda daxili situasiya nə qədər gərginləşirsə, aclıq özünü nə qədər kəskin halda göstərirsə, insanların mədəsi nə qədər çox boşalırsa və onlar Sarkisyan rejiminə qarşı daha kəskin mübarizə aparırlarsa, belə olan vəziyyətdə İrəvan iqtidarının əsas silahı ictimai fikri yayındırmaq və müharibə faktorunu önə çəkmkdir. Yəni belə olan halda onlarda hərbi ritorika daha da artır. Bu əsasda da cəbhə xəttində insidentlərin sayı da çoxalır. Belədə İrəvan çılışır ki, ictimai fikri daxili problemlərdən xarici, Dağlıq Qarabağ probleminə doğru yönəltsin. Ona görə də tez-tez cəbhə xəttində atəşkəsin pozulması, vəziyyətin gərginləşməsi kimi hallar var. Amma Azərbaycan Silahlı Qüvvələrinin mövcud gücünü gördükdən sonra Ermənistanın müharibəyə başlamaq cəhdi onlar üçün çox ağılsızlıq olardı. Bakıda baş tutan 26 iyun hərbi paradından sonra ermənilər həddən artıq təşvişə düşüb. Azərbaycan prezidenti Nazirlər Kabinetinin ilin 6 ayının yekunlarına həsr olunan tədbirində bir daha vurğulayıb ki, Ermənistan həmin paraddan sonra isterik vəziyyətə düşüb. Qorxu altında Ermənistan tərəfindən atəşkəsin tez-tez pozulması halları gözləniləndir. Amma onların müharibə etməyə imkan və potensialları çatmaz və qorxu onlara imkan verməz. Ona görə də ermənilərin atəşkəsi pozması bütün hallarda daxili auditoriyaya hesablanıb".

Hərbçi ekspert Emin Həsənli isə qeyd etdi ki, İrəvan işğal faktorunu saxladıqca, bunun əsas ziyanını da məhz özləri çəkəcək: "Müasir hərbi texnikanın alınması, müdafiə potensialımızın güclənməsi, beynəlxalq uğurların əldə olunması, tez-tez beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz, yəni bütün parametrlər üzrə Azərbaycan düşməndən qat-qat üstündür. Ona görə də hazırda Ermənistan psixoloji gərginlik içindədir. Azərbaycan iqtisadiyyatı gücləndiyi halda, Ermənistan iqtisadiyyatı durmadan çökür. Azərbaycan ordusu inkişaf etdiyi halda, Ermənistan ordusu zəifləyir, burada nizam-intizama da əməl olunmur. Erməni ordusunun şəxsi heyətində ruh düşkünlüyü hökm sürür. Onların insan resursu azdır, müstəqil dövlət olmadıqlarıdan müstəqil siyasət də apara bilmirlər. Regional layihələrdən də kənarda qalıblar. Belədə Ermənistan daim gərginlik altındadır. Ona görə də İrəvan tez-tez cəbhə xəttində atəşkəsi pozmaqla orada diversiya addımlarına yol verməyə çalışır. Bunu isə daxildəki gərginliyi xarici amilə yönəltmək və ordusundakı ruh düşkünlüyünü aradan qaldırmaq üçün edir. Amma hadisələrin gedişi göstərir ki, bu kimi əməllərilə də onlar ordusundakı ruh düşkünlüyünü aradan qaldırmaqda acizdir. Hər il Azərbaycan güclü hərbi təlimlər keçir, Ermənistanın isə təkbaşına belə hərbi təlimlər keçirməyə nə gücü, nə də maliyyəsi var. Ermənilərin hərbi texnikası da köhnəlib, müasir deyil. Ermənistan müdafiə naziri Ohanyan da Bakıda baş tutan hərbi paraddan sonra elan etdi ki, Azərbaycanla yarışa girmək olmaz. Bu fonda mövcud olan gərginlik özünü cəbhə xəttində göstərir. Azərbaycan dövlətinin Ermənistana ən böyük güzəşti sülh danışıqlarına sadiq qalmasıdır. Ermənistan bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır. Burada təkcə Qarabağdan deyil, bütövlükdə Ermənistanın taleyindən söhbət gedir. Onlar işğal etdiyi torpaqlarımızı boşaltmayacaqsa, bütövlükdə Ermənistan boşalacaq, iqtisadiyyatı büsbütün çökəcək. Ermənilər yerli deyil, gəlmə xalqdır, ona görə də yerli şəraitə uyğunlaşa bilmirlər. Bu müstəvidə də xəstə təfəkkürdən əl çəkməyərək dənizdən dənizə dövlət yaratmaq xulyasına düşüblər. Azərbaycandan 10 dəfələrlə zəif olan ermənilər ölkəmizə meydan oxumaq niyyətinə düşüb. 3 milyonluq erməni 70 milyonluq Türkiyəni özünə düşmən elan edir. Qarabağı Ermənistanın özü tanıya bilmir. Ona görə də həmin torpaqları boşaldıb getməlidirlər. Nə qədər tez boşaltsalar bir o qədər onlar üçün yaxşı olar. Beynəlxalq ekspertlər də bilir ki, atəşkəsi Azərbaycan tərəfi pozmur. Azərbaycan atəşkəsi bir dəfə pozacaq, onda da Ali Baş komandanın əmrilə torpaqlarımızı işğaldan azad edəcəyik. Bunu güclü iqtisadiyyat və ordumuzun imkanı da çatır.

Azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırım hadisəsi dünya dövlətləri, ABŞ ştatları tərəfindən tanınır və bu proses getdikcə dəninləşir. Bir müddətdən sonra Ermənistan ordusunda dərin böhranların belə şahidi olacağıq. Bu orduda kütləvi fərarilik, kütləvi qarşıdurma hökm sürür. Ermənistan hakimiyyətinin xalqa dediklərinin heç biri reallaşmayıb. Azərbaycan isə 20 il öncəki ölkə deyil, artıq çox güclənmişik və inamla qarşıya qoyduğu hədəflərə doğru gedir. Dövlət qaçqın və məcburi köçkünləri, müharibə veteranları və əlilləri, şəhid ailələrini evlə təmin edir. Ermənistanda isə əhali ölkəni tərk edib gedir. Azərbaycan isə güclü ordusu ilə ermənilərin sərhəddə ara-sıra yaratdığı gərginliyi yerindəcə aradan qaldırır. Erməninin bu xislətinin əlacı Azərbaycan əsgərinin qılıncından keçir. Azərbaycan mütləq ermənilərə bunu başa salacaq. Prosesin başqa yolu yoxdur. Torpaqlarımızı işğaldan azad edəcəyik. Bu günə Azərbaycan xalqının böyük əksəriyyəti inanır. Mübariz İbrahimov qəhrəmanlığı ilə sübut etdi ki, torpaqlarımız işğalda qala bilməz. Ramil Səfərov isə sübut etdi ki, dünyanın hansı yerində olmasına baxmayaraq, Azərbaycan dövləti və onun rəmzilərini təhqir edənlərin cəzası var ki, bu cəza da ölümdür. Prezident İlham Əliyev isə öz fəaliyyətilə sübut etdi ki, o öz ordusunun, onun əsgərinin arxasındadır, onu qorumaq əzmindədir".

Sizin Reklam Yeriniz