news Image
2013.07.25
14:39
| A A A
Azərbaycandan xaricə niyə internet üzərindən məhsul satılmır?
Ruslan Atakişiyev: «Səbəb kimi bizim məhsulların xarici bazarlarda kifayət qədər tanınmamasını və ya reklam olunmamasını göstərə bilərik»

Samir Əliyev: "Belə məhsul olarsa, onu dünya bazarında tanıtmaq lazımdır"


İnternet vasitəsilə ticarət Azərbaycanda da getdikcə dəbə minir. Bu fonda şəbəkə vasitəsilə xaricdən alınan məhsulların həcmində də bir artım müşahidə olunur. Yeri gəlmişək qeyd edək ki, dünyanın bir çox şirkətləri daha çox məhsul satmaq məqsədilə onlayn tiarətə xüsusi önəm verirlər. Lakin nədənsə Azərbaycanda bu təcrübədən istifadə olunmur. Yəni İnternet vasitəsilə xaricdən mal alınsa da, yenə bu vasitə ilə xaricə məhsul satışı demək olar ki, yox səviyyəsindədir.  

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev Mövqe.az-a açıqlaması zamanı onlayn sifarişin xaricdən bizim mallara olması üçün öncə lazımı reklam işləri aparılmasını vacib şərt kimi qeyd etdi: "Bizdə elektron ticarətdə qoyulmuş məhsulların alınıb-satılması zamanı bəzi problemlər hələ də var. Bu baxımdan xaricdən bura sifariş verib-almaq çətin, problemli məsələ olaraq qalır. Başqa bir səbəb kimi isə bizim məhsulların xarici bazarlarda kifayət qədər tanınmamasını və ya reklam olunmamasını göstərə bilərik. Bizim məhsullar orada az tanınır. Sadalanan səbəblərə görə, xarici vətəndaşların yerli məhsulları internet vasitəsilə əldə etmə imkanları məhduddur. Digər bir məsələ ondan ibarətdir ki, elektron ticarət məkanı elədir ki, burada  məhsullar təhlükəsiz olmalıdır. Bu sahədə təhlükəsizliyin artırılması mühüm şərtlərdəndir".

İqtisadçı ekspert Samir Əliyev onlayn sifariş üçün Azərbaycanda brend malların olmamasını deyir: "Xaricdən bir qayda olaraq sifariş olunub və bizim ölkəyə gətirilən məhsullar mütəmadi istifadə üçün nəzərdə tutulur. Yəni, söhbət qeyri-ərzaq məhsullarından gedir. Daha çox ayaqqabı, telefon, geyim əşyaları və s. bu tip məhsullar sifarişlə gətirilir. Azərbaycanda bu gün istər ixracın strukturuna, istərsə də  statistikaya uyğunlaşır. 

Bu gün Azərbaycanın xaricə ixrac oluna biləcək qeyri-ərzaq məhsulu çox azdır. Burada keyfiyyət də əsas rol oynayır. Bizim xaricə təqdim etməyə məhsulumuz yoxdursa, onlar necə bunu sifariş verə bilərlər axı?! Məsələnin digər tərəfi isə odur ki, belə məhsul olarsa, onu dünya bazarında tanıtmaq lazımdır. Bu məhsulu brend şəklinə salmaq lazımdır. Ancaq çox təəssüflər olsun ki, bu gün mən elə bir Azərbaycan brendinə rast gələ bilmirəm. Yoxdur elə brendimiz. Sadaladığım problemlər həll olunduqdan sonra əcnəbi şəxs bizdən hər hansı bir məhsulu sifarişlə ala bilər".


 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs