Əlaqə Arxiv
news Image
2013.07.26
08:04
| A A A
Azərbaycanın yerləşdiyi bölgədə fövqəladə təbiət olayları...
Bu xüsusda rusiyalı ekspertlər maraq doğuran açıqlamalar verir

Məlumat verildiyi kimi bu günlərdə Türkiyənin "Turmaks" şirkəti Azərbaycan Silahlı Qüvvələrinə iki mobil səhra hospitalı təhvil verib. Konteynerlərə yerləşdirilmiş, daha asan qurula və daşına bilən bu hospital Azərbaycan Silahlı Qüvvələrinin tələbinə uyğun olaraq ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Müqavilədə nəzərdə tutulandan 2 ay tez - 6 aya istehsal olunaraq sifarişçiyə çatdırılan hər bir hospital 60 nəfər tutur.

Artıq istehsalçı şirkət tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin istifadəçi heyətinə hospitalın qurulması və yığılması məqsədilə keçirilən təlimlər başa çatmaq üzrədir.

"Turmaks" şirkətinin nümayəndəsi İlkər Hunərin sözlərinə görə, bu konteynerlərdə daşınan mobil səhra hospitalları barədə hərbi sərgilərin birində Azərbaycanın fövqəladə hallar nazirinə də təqdimat keçirilib. O, Azərbaycan FHN ilə görüşlərə başlayacaqlarını da bildirib. Bir mobil hospital açıldıqda 2500 kvadratmetr ərazini tutur. Konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə hazırlamaq mümkündür.

Maraqlıdır ki, bir sıra əcnəbi ekspertlər mobil səhra hospitalının alınmasını da Azərbaycanı müharibəyə hazırlaşması kimi qiymətləndirir. Məsələn, rusiylaı politoloq Aleksandr Perenciyev ilk növbədə bildirir ki, mobil səhra hospitalı təkcə müharibə zamanı hərbi yardım göstərmək üçün deyil: "Onlardan təbii fəlakətlər və texnogen qəzalar zamanı da istifadə olunur. Məlumatlarıma görə, əksər Avropa və rus analitikləri Azərbaycan ərazisi də daxil olmaqla Yer kürəsinin bu hissəsində müxtəlif fövqəladə halların çoxalacağını bildirirlər".

Onun sözlərinə görə, belə bir proqnoz təbiətə belə demək mümkünsə, hörmətsiz yanaşma, iqlim dəyişiklikləri, müəssisələrdə istifadə olunan və müddətini başa vuran avadanlıqlardan havaya atılan zəhərli maddələr, eləcə də digər bu səbəblər üzündən baş verəcək".

Ancaq ekspert Qarabağ münaqişəsinin yenilənməsini də istisna etmir və bu xüsusda Qərb analitiklərinin proqnozları hesablaşmağın vacibliyini vurğulayır. Avstriya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Karl Öllenger də bu yaxınlarda bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı situasiyadan müharibə qoxusu gəlir. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında münaqişə ətrafında gərginlik yaranıb: "Bu aradan qaldırılmalıdır və bunun alova çevrilməsinə yol vermək olmaz. Bu, ancaq sülh və dialoq yolu ilə həllini tapmalıdır".

Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camal da yaxın vaxtlarda müharibənin başlanma ehtimalının da yüksək olduğunu söyləyib: "Dağlıq Qarabağda müharibə hər an başlaya bilər. Azərbaycan tərəfi danışıqların heç bir nəticə vermədiyini görüb öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etmək istəyir".

Ümumiyyətlə, əksər ekspertlərə görə, münaqişə tərəfləri arasında hər hansı üçüncü qüvvənin olmaması və işğal faktı müharibənin hər an başlaya bilməsi üçün şərait yaradır. Düzdür, Azərbaycan sülh sazişi imzalamaqda və danışıqların aparılmasında maraqlıdır. Lakin Ermənistan danışıqları süni şəkildə uzadır. Ölkəmiz isə müharibədən imtina etməyib, çünki, bu bizim təbii haqqımızdır. Azərbaycanla Ermənistan arasında müharibə hər an başlaya bilər. Çünki bunun qarşısında duran hər hansı bir fiziki sədd yoxdur.

Cəbhə bölgəsində isə gərginliyin müntəzəm olaraq artması regionda problemin mövcudluğuna bir işarədir. Yəni vəziyyət daim gərgindir və bu da dünya güclərinə regionda problemin hələ də həll olunmadığını göstərən bir haldır. Hal-hazırda iki ölkə sərhədində baş verən gərginlik danışıqlar vasitəsilə tənzimlənə bilər, lakin müharibə başlasa, danışıqlar vasitəsilə bunun qarşısını almaq mümkün olmayacaq. Bundan tirinə isə sadəcə Ermənistan olacaq. Bir çox erməni fikirləşir ki, müharibə başlasa, Rusiya Ermənistanı müdafiə edəcək. Hər iki dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və sair. Lakin rus politoloq Aleksey Malaşenko bildirir ik, bu, qətiyyən belə deyil: "Rusiya heç kimi dəstəkləməyəcək. Ona görə ki, Dağlıq Qarabağ müharibəsi başlayacağı təqdirdə Rusiyanın tərəf tutmaq hüququ yoxdur. Rusiya tərəf tutsa, təkcə tərəflərdən birini itirməyəcək, onun itirəcəyi çox olacaq. Ona görə də, kimisə müdafiə etmək ağılsızlıq olar".

Sizin Reklam Yeriniz