news Image
2013.08.01
12:58
| A A A
Nazirlik mobil operatorları məhkəməyə verəcək

Bu gündən tətbiq olunması nəzərdə tutulan "Mobil Nömrələrin Daşınması Sistemi"nin tətbiqini mobil operatorlar gecikdirir.

Mövqe.az Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən mobil operatorlar bu günə qədər öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən nömrə daşınması sisteminin tətbiqi ləngiyir:

"Halbuki hökumət tərəfindən maliyyələşdirilən idarəetmə sistemi hələ bir il öncə hazır olub.

Bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə maddi ziyan vurulub".

Nazirliyin məlumatında həmçinin bildirilib ki, bununla əlaqədar mobil operatorlara növbəti xəbərdarlıq olunub və dəymiş ziyanın ödənilməsi üçün məhkəmə orqanlarına müraciət olunmasına hazırlıq işlərinə başlanılıb.

Təxminən bir ay əvvəl Nazirlik mobil operatorlara avqustun 1-dən bu sistemin tətbiqi üçün hazırlıqları tamamlamağı tapşırmışdı.

"Mobile Number Portability" (MNP) xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur.

Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur.

Xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə telefon nömrələrini saxlamaq imkanı verəcək.

Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes partnyorları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs