Əlaqə Arxiv
news Image
2013.08.01
14:27
| A A A
İman Nağıyev: “Məhkəmələrin asılılığı barədə deyilənlərin əsası yoxdur”

"Məhkəmələrin siyasi hakimiyyətdən asılılığı haqda iddiaların heç bir əsası yoxdur".

Bunu jurnalistlərə Bakı Apellyasiya Məhkəməsinin sədri, Hakimlərin Seçki Komitəsinin rəhbəri İman Nağıyev deyib.

İ. Nağıyev məhkəmələrin siyasi hakimiyyətdən asılılığı barədə səslənən iddialara cavab olaraq deyib ki, belə bir asılılığın olması haqda danışanlar bu iddianı sübuta yetirməlidirlər: "Sübut edin ki, mən hansısa işlə bağlı qərar verərkən asılı olmuşam. Bunu sübut etsəniz, doğru olduğunuzu təsdiqləyərəm. Gətirin, göstərin. 25 ildir hakim işləyirəm və mənə elə bir misal göstərin ki, bu 25 ildə hansısa verdiyim qərarda asılılığım olub. Onda deyərəm ki, düz danışırsınız. Amma belə bir şey yoxdur".

İ. Nağıyev İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan məhkəmələrinin qərarlarından verilən şikayətlərin kütləvi xarakter daşımadığını da qeyd edib: "2010-cu ildə Milli Məclisə keçirilən seçkilərlə bağlı bir sıra məhkəmə qərarları olub. Əlbəttə, bu qərarların bəziləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən beynəlxalq qanunların müddəalarına uyğun hesab edilməyib. Amma bunu seçkilərlə bağlı kütləvi pozuntu halı kimi qəbul etmək və dəyərləndirmək olmaz".

 


Sizin Reklam Yeriniz