news Image
2013.08.02
12:37
| A A A
Türkiyə Xarici İşlər Nazirliyindən sərt etiraz

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ölkənin Ermənistanla sərhədində Türkiyə vətəndaşının erməni sərhədçilər tərəfindən öldürülməsi faktı ilə əlaqədar bəyanat verib. Bəyanatda bildirilir ki, Türkiyə XİN-nin bu hadisədən dərin üzüntü keçirdiyi vurğulanıb, mərhumun ailəsinə başsağlığı verilib. Məsələ ilə bağlı müvafiq diplomatik addımların atılacağı vurğulanıb.

"Vətəndaşımızın heç bir günahı olmadan, adi səbəblə bağlı, bir sərhəd keçmə faktına görə öldürülməsini şiddətlə qınayırıq. Erməni tərəfinin sərhəddə mümkün hal sayılan bir hala görə belə bir addım atması, güc tətbiq etməsinin heç bir izahı yoxdur. Bu və buna bənzər hadisələr Cənubi Qafqaz bölgəsində tam, davamlı bir normallaşmaya və Ermənistanın qonşuları ilə münasibətlərində sağlam düşüncəyə hakim olmasının vacibliyini bir daha ortaya qoydu".

Qeyd edək ki, Türkiyə-Ermənistan sərhədində mal-qara otaran Mustafa Ülker sərhədi keçən heyvanları geri qaytarmaq üçün Ermənistan tərəfinə keçib və bu zaman erməni sərhədçilər tərəfindən açılan atəşlə öldürülüb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs