news Image
2013.08.02
12:56
| A A A
Aureliya Qriqoriu: “Mənə təzyiq göstərənlərin məsuliyyətə alınmasını tələb etmişəm”
Erməni diasporu nümayəndələrinin Moldovanın insan hüquqları üzrə müvəkkili Aureliya Qriqoriunun ünvanına təhdidləri davam edir. Bu barədə APA-ya açıqlama verən Aureliya Qriqoriu bildirib ki, onun bu ilin iyulun 4-də İrəvanda etdiyi çıxışından sonra Rışkan kəndinin pretoru (meri) və Rışkan polis komissarlığı onun ləyaqətinin və parlament vəkili nüfuzunun alçaldılması, psixoloji təzyiq göstərilməsi üçün müəyyən addımlar atıblar.

 A. Qriqoriunun sözlərinə görə, Rışkan kəndin pretoru tərəfindən ona yaşadığı evin dezinfeksiya edilməsi tələbi ilə məktub göndərilib: "Mən pretora rəsmi cavab göndərdikdən sonra komissariat tərəfindən konkret tədbirlər görülməyə başlanıb. İyulun 31-də mülki geyimdə olan bir naməlum kişi qapımızı döyərək, evə daxil olmaq istəyib. Anam buna yol verməyib, bu zaman həmin kişi sərt şəkildə bildirib ki, qapımızı sındıracaq. Anam mənə zəng vuracağını dedikdən sonra həmin naməlum şəxs evin telefon xətlərini kəsərək gedib".
 
A. Qriqoriu avqustun 1-də bacısı Viktoriya Qriqoriu bu hadisə ilə bağlı Mixail Vasluyan adlı ərazi müfəttişinə müraciət edib: "Vasluyan bildirib ki, mən İrəvanda toxunduğum mövzuya görə cavab verəcəyəm. Deyib ki, Aureliya heç bir addım ata bilməz, çünki o, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını və televiziya işçilərini evimizə çağıracaq. Ondan soruşanda ki, hansı əsaslara görə belə bir addım atılır, müfəttiş bildirib ki, həmin evin sakinlərinin müraciəti var. Guya anamı atmışam, ona baxmıram, ac qalır. Vasluyan bu tədbirlərin mənə qarşı hakimiyyət tərəfindən başlanan məqsədyönlü aksiya olduğunu gizlətmir".
 
Moldovalı ombudsman əlavə edib ki, o pretor, polis komissarı və ərazi müfəttişinin addımlarını - təqib, parlament vəkilinin işinə qarışmaq, səlahiyyətləri aşmaq, sui-istifadə, insan haqlarının pozulması kimi dəyərləndirir: "Bununla bağlı mən Moldova Respublikasının Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edərək, həmin şəxslərin Cinayət Məcəlləsinin 328-ci maddəsi üzrə (səlahiyyətlərin aşması və sui-istifadəsi) məsuliyyətə cəlb edilməsini tələb etdim". 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs