news Image
2013.08.02
16:19
| A A A
TQDK sədri: “Builki nəticələr ötən ilkindən aşağıdır”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə valideynlərə müraciət edib.  mövqe.az-ın verdiyi xəbərə görə, komissiya sədri bu gün keçirilən mətbuat konfransında bildirib ki, avqustun 6-dan abituriyentlər ixtisas seçiminə başlayacaq:

"Bizim çağırışımız odan ibarətdir ki, gənclər imtahanda qaydalara riayət etsin, gecikməsin, qaydaları pozmasınlar. Belə olan halda onların nəticələri ləğv olunacaq. Bundan sonra vacib mərhələ, ixtisas seçimi başlayır. İxtisas seçimi ilə bağlı məsləhətlər yalnız hələlik III, I və IV ixtisas qruplarına verilə bilər. Onların kifayət qədər vaxtı olub ki, qərar qəbul etsin. Bu prosedur abituriyentin özündən asılıdır. Valideynlərə müraciət edirəm ki, seçimi abituriyentin özünün etməyi vacibdir. Bu prosedurlarda düzgün qərar qəbul etmək üçün abituriyentlərə kifayət qədər məlumat vermişik . İxtisas seçimi üçün məlumat kitabçaları çap edilib bölgələrə də göndərilib. Bu gün dən göstəriş verəcəm ki, elektron formada da satışa çıxarılsın".

TQDK sədri ötən ilki qəbulla builkini də müqayisə edib. O bildirib ki, imtahanların hamısı bitmədiyindən dəqiq məlumatlar yoxdur, amma müşahidələr göstərir ki, bu il səviyyə bir az aşağıdır: "Ötən ilki qəbul nəticələri ilə bu ilki arasında fərq var, nəticələr keçən ilkindən aşağıdır. Dəqiq rəqəmlər imtahanlar bitəndən sonra açıqlanacaq. Eyni zamanda bu ilki məzunların nərticələri ilə keçən ilkilərin müqayisəsi olacaq. Müşahidəyə əsasən bu il aşağıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs