Əlaqə Arxiv
news Image
2013.08.04
19:36
| A A A
İki uşaq atası torpaq uçqunun altında qaldı
Bu gün təxminən saat 16:00 radələrində Şəki şəhərində bədbəxt hadisə baş verib. Şəki şəhərində fərdi yaşayış evlərinin birində kanalizasiya quyusu qazan Qudula kənd sakini Asif Məmmədov torpaq uçqununun altında qalıb. ANS PRESS-in bölgə müxbirinin hadisə yerindən verdiyi məlumata görə, 2 saata yaxındır xilasedicilər torpağın altından 2 uşaq atası olan 27 yaşlı Asif Məmmədovu çıxarmağa çalışırlar. Onun sağ olma ehtimalı yoxdur.
Sizin Reklam Yeriniz