Türkiyədən Azərbaycana yük gətirən TIR alışdı
Türkiyədən Azərbaycana plastik məhsul hazırlanması üçün xammal
daşıyan maşında partlayış olub.
APA-nın Türkiyənin
"Cihan" Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, yük maşını
İstanbulda beynəlxalq magistralda hərəkət edərkən nasazlıq yaranıb.
Maşın yanmağa başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər
yanğını söndürməyə cəhd edərkən, yük maşınında partlayış baş
verib. Maşının sürücüsü, Türkiyə vətəndaşı Siyami Kürek
yolda gedərkən maşının qəfildən dayandığını deyib: "Mən yanacaqla
bağlı problem olduğunu düşündüm, benzin bakını açıb-bağlayanda
TIR-ın sağ tərəfindən tüstü qalxdığını gördüm". Sürücü maşınla
Azərbaycana plastik məhsul istehsalı üçün xammal daşıdığını
bildirib. Qeyd edək ki, hadisə ilə bağlı mərkəzi magistralda
nəqliyyatın hərəkəti bir müddət dayandırılıb