news Image
2013.08.04
18:49
| A A A
Əlillər müraciət hazırladılar

Bir qrup uşaqlıqdan əlillər, ümumi səbəbdən əlillər, Qarabağ əlilləri və onlara dəstək verən vətəndaşlar sosial müavinətlərinin artırılması ilə bağlı ölkə Prezidentinə və Milli Məclisə müraciət hazırlayıblar. Movqe.az-ın xəbərinə görə, müraciətdə bildirilir: "Məlum olduğu kimi, 1-ci qrup uşaqlıqdan əlillərə, xüsusilə baş-beyin, onurğa zədələnmələri və əzələ distorfiyası səbəbindən dayaq-hərəkət aparatı funksiyalarının pozulması nəticəsində və digər səbəblərdən əlil olmuş uşaqlar, eləcə də 1-ci qrup əmək stajı olmayan ümumi səbəbdən əlillərə verilən müavinətin məbləği 60 manat 50 qəpik təşkil edir. Bu isə minimum yaşayış məbləği üçün nəzərdə tutulmuş məbləğdən demək olar ki, iki dəfə azdır. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarına əsasən (3-cü fəsil. Əsas insan və vətəndaş hüquqları və azadlıqları - Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi; Maddə 25. Bərabərlik hüququ; Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi; Maddə 27. Yaşamaq hüququ və s.) isə bu, uşaqlıqdan əlillərin, eləcə də 1-ci qrup əmək stajı olmayan ümumi səbəbdən əlillərin Yaşamaq hüququnun birbaşa pozulması halıdır. Belə ki, 1 ayda 60 manat 50 qəpik məbləğində vəsaitlə yaşamağın qeyri-mümkün olmasını sübut etmək üçün iqtisadi araşdırmaya da ehtiyac yoxdur. 1-ci qrup əlillərin mövcud sağlamlıq problemlərini də nəzərə alsaq, bu müavinətin məbləği onların ehtiyacları olduğu tibbi xidmətlərinin və dərman ləvazimatlarının ödənilməsini də təmin etmir. Bundan başqa, 1-ci qrup Qarabağ əlilləri də daxil olmaqla, bütün növ 1-ci qrup əlillərin kənar şəxslərin köməyinə ehtiyacı olması bir faktdır. Lakin mövcud qanunvericilikdə 1-ci qrup əlillərə qulluq edən şəxslər üçün heç bir ödəniş nəzərdə tutulmamışdır. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında"  Azərbaycan Respublikası Qanununun (25 avqust 1992-ci il tarixli, 284 №-li) 45-ci Maddəsinə (Maddə 45. Evdə xidmət (Qohumluq münasibətindən asılı olmayaraq I qrup əlilə (əlillik səbəbindən asılı olmayaraq), sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxsin bu qulluq müddəti onun ümumi əmək stajına daxil edilir. Qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən isə əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın təsdiq edilməsi barədə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.3.1. bəndi (I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti, qanunvericiliklə müəyyən edilmiş qaydada onları saxlamağa borclu olan valideynlərin, bunlar olmadıqda isə qulluq olunanın üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumların (himayəçilərin) sığorta stajına bu barədə tərtib olunmuş müayinə aktı əsasında daxil edilir.) daha əvvəl istinad etdiyim qanununun 45-ci Maddəsi ilə təzad təşkil edir. Buna görə də, I qrup əlillərə qulluq müddətin əmək stajı kimi qeydiyyatdan keçməsində problemlər yaranır. Onu da qeyd edim ki, 1-ci qrup uşaqlıqdan əlilə qulluq edən ananın işləməsi  əksər hallarda fiziki baxımdan qeyri mümkün olduğundan onlar əsasən iş stajına malik olmur və nəticədə yuxarıda göstərdiyim qaydalar onlara tətbiq edilmir. Beləliklə də, qanunun bu maddəsinin icrasında çətinlik yaranması bu maddənin işləməməsinə səbəb olur. Bütün yuxarıda yazılanları və mövcud qanunvericiliyi nəzərə alaraq, ümumi səbəbdən əlillərin, o cümlədən uşaqlıqdan əlillərin pozulmuş hüquqlarının bərpa edilməsi, onların yaşamaq hüququnu və həyat keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə onlara verilən müavinətin ən azı yaşayış minimumu məbləğinə uyğunlaşdırılmasını, eləcə də bütün növ 1-ci qrup əlillərə qulluq göstərən şəxslərin də həyat şəraitini yaxşılaşdırmaq məqsədilə həmin şəxslərə minimum yaşayış məbləğində müavinət ödənilməsi məsələsinin müvafiq qanunverici və icraedici orqanlarda müzakirə edilərək həll edilməsini Sizdən xahiş edirik.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs