news Image
2013.08.05
18:41
| A A A
Vüqar Səfərli: “Orderin alınması vaxt aparan prosesdir”

Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binadakı mənzillərin sənədləşmə prosesi gedir.

Binanın açılış mərasimi iyulun 22-də olub. 156 mənzilin sahibləri artıq müəyyənləşib. 

Avqustun 5-də "Media forum" saytına açıqlamasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, mənzillərin açarlarının jurnalistlərə verilməsi üçün lazımi işlər aparılır: "Prosedura görə, dövlətin xüsusi komissiyası binanı tikinti təşkilatına təhvil-təslim verir, bundan sonra isə bina bütövlükdə bizə təhvil verilir. Daha sonra hər bir mənzil tərtib olunmuş aktla sahiblərinə verilir.

Orderin alınması vaxt aparan prosesdir, bu, uzun çəkə də bilər. Şəxsən özüm bu məsələyə müdaxilələr edirəm ki, müddət uzanmasın, maksimum qısa müddətə orderlər alınsın. Bir qayda olaraq yeni tikilən binalardan ev alan şəxslər illərlə order ala bilmir. Amma biz bu məsələni birdəfəlik həll etmək istəyirik ki, əvvəlcədən mənzillər öz sahiblərinin adına olsun".

Bununla belə, Vüqar Səfərli əlavə edib ki, orderin verilmə vaxtı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan asılı deyil.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs