Ermənistan "Antikorrupsiya mərkəzi" aktiv iş mərhələsinə keçib,
korrupsiyaya yol verən məmurlarla bağlı sənəd və faktlar korrupsiya
aktlarının həyata keçirildiyi ölkələrə göndərilir. Bu haqda "Vətən
və şərəf" partiyasının lideri, "Antikorrupsiya mərkəzin"in
təşəbbüskarı Qarnik Marqaryan bildirib. Məlumatı Ermənistan
KİV-ləri yayıb.
Mərkəz bütün dünya üzrə antikorrupsiya strukturları ilə əməkdaşlıq
edir. Artıq bir neçə məmurun həyata keçirdiyi korrupsiya aktları
ilə bağlı materiallar həmin ölkələrə göndərilib və onlardan cavab
gözləyirlər. Rusiya hüquq-mühafizə orqanları və "Korrupsiya
əleyhinə İctimai Birliy"inin Ermənistanın ikinci prezidenti Robert
Köçəryanın işinə səssiz qalması sualına cavab olaraq,
"Antikorrupsiya mərkəzi"nin rəhbəri bildirib ki, hazırda təhqiqat
gedir, yoxlamalar aparılır, bu müddət ərzində isə işlə bağlı
informasiya verilə bilməz. Köçəryanın işi haqqında da digər işlərdə
olduğu kimi bu gün nə isə demək məqsədəuyğun deyil".
Xatırladaq ki, "Korrupsiya ilə Mübarizə üzrə İctimai Birliyi"nin
verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin işçi
masası üzərindəki Ermənistanın keçmiş prezidenti R.Köçəryanla bağlı
sənədlər və materiallar onun maliyyə fırıldaqçılarına cəlb olduğunu
sübut edir. Sənədlər Ermənistandan əldə olunub. Cinayət işi Rusiya
Ali Prokurorluğunda baxılıb, lakin taleyi hələ məlum deyil.
Qeyd edək ki, həmin materiallar bu ilin may ayından etibarən
prokurorluq orqanlarının təhqiqatına verilib.