Əlaqə Arxiv
news Image
2013.08.08
08:04
| A A A
Moskva Qarabağa görə Ermənistana təzyiq edəcək
Aleksey Sinitsin: «Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün Moskvanın İrəvana təzyiq göstərməsini gözləyirəm»

Rusiya prezidenti Vladmir Putinin bir neçə gün sonra ölkəmizə reallaşması gözlənən səfəri şimal qonşumuzun siyasi dairələrində də geniş müzakirə predmetinə çevrilməkdədir. Qeyd olunan xüsusda rusiyalı politoloqların kifayət qədər maraqlı fikirlərinə də rast gəlmək mümkündür. Məsələn, politoloq Aleksey Sinitsin ilə əvvəl diqqəti ona çəkir ki, Azərbaycan mövcud olduğu regionun təkcə iqtisadi yox, həm də şəksiz siyasi lideridir:

"Gürcüstan isə öz xarici siyasət priortetlərini yenidən qiymətləndirərək çətin bir dövr yaşayır. Moskva və İrəvanın münasibətləri isə bütün postsovet tarixi boyu ən aşağı səviyyəyə düşüb. Kreml də yaxşı başa düşür ki, Bakı özünün regionda siyasi liderlik rolunu reallaşdıracaq". Ekspert bildirir ki, bu fonda Moskva mövqeyini Bakı ilə uzlaşdırmaq istəyir və xarici siyasətində Azərbaycandan anlayış gözləyir. Lakin bunun üçün Kreml Qarabağ münaqişəsinin həllində fəallıq göstərməli, Ermənistanı konstruktiv mövqeyə gəlməyə vadar etməlidir. Aleksey Sinitsin Moskvanın Qarabağ münaqişəsinin həllində artıq belə yanaşmaya üstünlük verməkdə olduğunu bildirir: "Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün Moskvanın İrəvana təzyiq göstərməsini gözləyirəm".

Ermənistan isə Qarabağ münaqişəsinin həllində Rusiyanın yardımı olmadan indiki siyasətini davam etdirə bilməz. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da Rusiya amilinin güclü rola malik olduğunu diqqətə çatdırır: "Bu gün Avropa enerji sahəsində Rusiyadan tam asılı vəziyyətdədir. Hətta ABŞ özü belə Dağlıq Qarabağ məsələsində Rusiya ilə münasibətlərinin kəskinləşməsi xəttini götürmür. Düşünürəm ki, işğal olunmuş torpaqların açarı Kremlin seyfindədir".

Qeyd edək ki, son dövrlərdə ABŞ da Qarabağ münaqişəsinin həllində fəallıq nümayiş etdirməyə çalışır. Ceyms Uorlikin ATƏT-in Minsk qrupuna həmsədr təyin olunması da bunun göstəricilərindən sayılır. Lakin indik halda ABŞ-ın münaqişhənin həllində ciddi yenilik edə biləcəyinə şübhə ilə yanaşanlar da çoxdur. Politoloq Vəfa Quluzadə qeyd edir ki, bir məmurun gedib o biri məmurun gəlişi ilə heç nə dəyişməyəcək. Onun sözlərinə görə, Ceyms Uorlikin ATƏT-in Minsk qrupuna həmsədr təyin edilməsi ilə ABŞ siyasətində heç nə dəyişməyəcək: "Burada dəyişən sadəcə odur ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtkenin yerinə Ceyms Uorlik gəldi. ABŞ olduqca nizam-intizamlı bir dövlətdir. Orada hər bir diplomatın vəzifədə qalma vaxtı var. İstisnalar olarsa, bu, bir az uzana bilər. Robert Bradtkenin vaxtı bitiyi üçün ABŞ onun yerinə Ceyms Uorliki təyin etdi". V.Quluzadənin fikrincə, bu, o demək deyil ki, ABŞ öz siyasətində Dağlıq Qarabağ məsələsi ilə bağlı hansısa yenilik nümayiş etdirəcək: "ABŞ-ın Dağlıq Qarabağ ilə bağlı yürütdüyü siyasət olduğu kimi qalacaq. Çünki Ermənistan Dağlıq Qarabağı Rusiya imperiyasının köməkliyi ilə işğal edib və vaxtı çatanda ABŞ bu münaqişənin həllində Rusiyaya təzyiq etməklə məsələni həll edəcək".

Aleksey Sinitsinin isə yuxarıda səslənən fikirlərindən belə məlum olur ki, Moskva özü artıq münaqişənin həllinə maraq göstərir. Çünki onun mövcudluğu həm də Rusiyanın üzərində Ermənistan kimi bir yükün mövcudluğuna gətirib çıxarır. Hazırda Ermənistan məhz Rusiyanın iqtisadi yardımları syəsində varlığını güclə olsa da davam etdirə bilir. Kreml isə daha belə yükü çəkməyə həvəs göstərmir. Bu səbəbdən ən yaxış vasitə Qarabağ münaqişəsinin həllidir ki, bu da Ermənistana iqtisadi cəhətdən də çox sərfəlidir. Çünki Azərbaycanın işğal edilmiş əraziləri azad edildikdən sonra Ermənistan regional iqtisadi layihələrə qatıla bilər.

Əks halda müharibə qaçılmaz olacaq. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu xüsusda qeyd edir ki, əslində, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi erası başa çatıb. Ermənistan hökumətinin siyasəti bu eranı nəticəsiz etdi. Onun sözlərinə görə, dinc danışıqlar erasının başa çatması Ermənistanı seçim qarşısında qoyub. Danışıqları yenidən davam etdirmək üçün Ermənistan vasitəçilərə və digər beynəlxalq strukturlara müraciət etsə, bu halda daha ağır güzəştə getmək məcburiyyətində qalacaq. İkincisi Ermənistan rəhbərliyi birbaşa ölkəmizə müraciət edərək münaqişənin həllinə razılıq verə bilər. Əks halda bu dövlət daha böyük problemlər məngənəsində boğulacaq.

Sizin Reklam Yeriniz