Əlaqə Arxiv
news Image
2013.08.08
08:09
| A A A
Avtomobillərin benzin sərfiyyatında səmərəlilik problemi böyüyür
Benzin sərfiyyatı yüksək olan daha güclü və lüks avtomobillərin sayı durmadan artır

Son günlərdə dünyanın bir sıra ölkələrində benzinin qiymətində artımlar müşahidə olunmaqdadır. Məsələn, elə qonşu Rusiya və Türkiyədə benzinin, dizel yanacağının qiymətində son bir ayda ciddi artım müşahidə olundu. Məlumat üçün bildirək ki, son bir il ərzində dünya bazarında benzinin qiyməti (1 ton üçün) 32,4 dollar (3,2%) bahalanıb. Bu isə pərakəndə satışda da özünü göstərir.

Belə vəziyyətdə əksər xarici ölkədə, məsələn, elə qardaş Türkiyədə insanlar daha çox qənaətcil avtomobillərdən istifadə etməyə çalışırlar. Yalnız benzinin qiymətinin çox ucuz olduğu ərəb ölkələrində əks vəziyyət müşahidə olunur. Azərbaycanda isə bu sahədə vəziyyət bir qədər fərqli xarakter daşyıır. Ölkəmizdə də benzini qənaətlə işlədən avtomobillərin sayı kifayət qədərdir. Lakin benzin istehlakı çox olan iri qabaritli avtomobillrin də sayı az deyil Xüsusən də paytaxt Bakıda belə avtomobillərə daha çox rast gəlmək mümkündür.

O da faktdır ki, Azərbaycanda zəngin neft və təbii qaz ehtiyatı səbəbindən ölkədə yanacağın qiyməti bir çox dünya ölkələrilə müqayisədə aşağıdır. Bu fonda heç də hamı iqtisadi cəhətdən daha səmərəli, yanacağı qənaətlə işlədən avtomobillərə üstünlük vermir. İmkanlı şəxslərin əksəriyyəti benzin sərfiyyatı yüksək olan daha güclü və lüks avtomobilərə üstünlük verir və belə avtomobillərin sayı artır. Onu da qeyd edək ki, ölkəmizdə yanacaq sudan ucuzdur. Bu gün Azərbaycanda 1 litr suyun qiyməti orta hesabla 50 qəpik olduğu bir halda, 1 litr dizel yanacağın qiyməti 45, 1 litr benzin qiyməti isə 55 qəpikdir. Belə təkliflər də səslənir ki, benzin sərfiyyatı yüksək olan avtomobillərdən daha çox vergi alınmalıdır ki, insanlarda onlara qarşı maraq azalsın. Xatırladaq ki, bu təcrübədən müəyyən xarici dövlətlərdə istifadə olunur. Düzüdür, belə fkirlər də ssələnir ki, Azərbaycanda istifadə olunan avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri təkmilləşdiriləcək. Məlumatlara görə, Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanıb.

Belə avtomobillərin istifadəsi ilə bağlı ödənişlərin məbləği də dəyişəcək. Belə ki, Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri"nin müəyyən edilməsi ilə bağlı da təkliflər hazırlanıb. Qeyd edək ki, 2012-ci ildə İnzibati Xətalar Məcəlləsinə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına dair maddə əlavə edilib.

Bundan başqa istehlakçıların yanacaq sərfiyyatı yüksək olan köhnə avtomobillərdən qaçması da tövsiyə olunur. Bazar dəyərindən daha ucuz satılan avtomobillə rastlaşdığınız zaman dərhal almağa çalışmayın. Mütləq şəkildə həmin avtomobili tanıdığınız bir ustaya aparıb yoxladın. Mütəxəssislər belə hesab edirlər ki, avtomobil alarkən aşağıda qeyd olunan məqamlara diqqət etmək lazımdır: Avtomobilin mühərrikindən başlayaraq ən sadə detallara qədər yoxlamalıyıq. Avtomobilin sənədlərinin düz olduğunu yoxlayın. Xüsusəndə avtomobilin mühərrik nömrəsinə diqqət edin. Avtomobili sürərək yoxlayın. Avtomobilin yoxlanmasına mümkün qədər çox vaxt ayırın. Tez almağa tələsməyin. Dəyərindən aşağı satılan avtomobilləri daha yaxşı araşdırın. Çünki hazırda benzin sərifiyyatı yüksək olan köhnə avtomobillər digərləri ilə müqayisədə daha ucuz satılır.

Onu da bildirək ki, ölkəmizdə benzin sərifiyyatını yüksək olması səbəbindən bu məhsulun ixracı sürətlə azalır. Ötən ay Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 2 min 521 ton avtomobil benzini, 78 min 890 ton dizel yanacağı, 8 min 692 ton təyyarə yanacağı ixrac edilib. 2013-cü ilin yanvar-iyul ayları ərzində 13 min 220 ton avtomobil benzini, 570 min 355 ton dizel yanacağı, 87 min 438 ton təyyarə yanacağı ixrac olunub. Ötən ilin ilk 7 ayı ilə müqayisədə bu ilin yanvar-iyul aylarında benzinin ixracı 3,3 dəfə aşağı düşüb. Belə ki, 2012-ci ilin yanvar-iyul aylarında ölkədən 43 min 108 ton benzin ixrac olunub.

Sizin Reklam Yeriniz