news Image
2013.08.11
18:04
| A A A
Həftənin ilk iş günü hava belə olacaq
Sabah Azərbaycan ərazisində hava dəyişkən buludlu və yağmursuz keçəcək. Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında avqustun 12-də havanın dəyişkən buludlu və yağmursuz keçəcəyi gözlənilir. Saniyədə 6-11 metr sürətlə şimal-qərb küləyi, gündüz 7-12 metr sürətlə cənub-şərq küləyi əsəcəkdir. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-23°, gündüz 29-34° isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan və Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, və Sahildə 25-26° olacaq. Aran rayonlarında havanın temperaturu gecə 18-23°, gündüz 29-34° isti olacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs