Əlaqə Arxiv
news Image
2013.08.15
12:11
| A A A
Misirdə qarşıdurmaların 3 minədək qurbanı var
Misir hakimiyyəti Qahirədə və bir sıra başqa şəhərlərdə axşam saat 7-dən səhər saat 6-ya kimi komendant saatı elan edib. Movqe.az-ın  ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, hakimiyyət rejimə itaət etməyənlərin həbsxanaya düşəcəyini bildirib. Daha öncə bildirilmişdi ki, müvəqqəti hökumət ölkədə bir aylıq fövqəladə hal elan edir. Misir səhiyyə nazirliyinin məlumatına görə, bu gün baş vermiş toqquşmalarda 149 adam öldürülüb, 1403 adam yaralanıb. Ən son məlumata görə, prezident Məhəmməd Mursi tərəfdarlarının toplaşdığı Rabia əl-Adaviya meydanı tamamilə hərbçilərin nəzarətinə keçib. APA-nın MENA agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin Daxili İşlər Nazirliyindəki mənbə bildirib. Bu arada Avropa Birliyi Misirdəki zorakılığı pisləyir və tətbiq olunmuş fövqəladə vəziyyətin ləğv edilməsini tələb edir. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, AB-nin xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton bu barədə bəyanatla çıxış edib. "Qahirədə və bütün Misirdə baş vermiş zorakılığı ciddi şəkildə pisləyirəm. Mən təhlükəsizlik orqanlarını dözümlü olmağa, müvəqqəti hökuməti isə ölkədəki fövqəladə vəziyyəti ləğv etməyə çağırıram" - deyə o əlavə edib.

Qeyd edək ki, Misirdə qarşıdurmaların 3 minədək qurbanı var. Hadisələr nəticəsində 43-ü polisi olmaqla, 278 nəfər həlak olub.


Sizin Reklam Yeriniz