Əlaqə Arxiv
news Image
2013.08.16
12:48
| A A A
Bakıda 35 yaşlı qadın təcavüzə məruz qaldı
Qadın vəhşicəsinə döyülüb Ötən gecə saat 22:30 radələrində Bakının Binəqədi rayonunda 35 yaşlı qadın təcavüzə məruz qalıb. 

Binəqədi rayon Polis İdarəsindən Movqe.az-a verilən məlumata görə, 7-ci mikrorayonda 1978-ci il təvəllüdlü Mülkiyyə Musayeva küçənin ortasında qəfil hücuma məruz qalıb. Naməlum şəxs ona hücum çəkib və onu vəhşicəsinə döyüb. 

Qadın kəllə-beyin travması ilə bağlı xəstəxanaya yerləşdirilib.

Hazırda qadının kim tərəfindən və nə səbəbdən döyüldüyü araşdırılır.
Sizin Reklam Yeriniz