news Image
2013.08.20
07:11
| A A A
Milli Şuranın mitinqli iflası
18 avqust mitinqinə heç 1000-ə qədər adamın belə gəlməməsi qurumda böyük ziddiyyətlər yaradıb

Uzun müddət idi ki, 18 avqust mitinqinə böyük səy və əzmlə hazırlaşdığını bildirən radikal müxalifətin birləşmiş qüvvələri yenidən boylarından böyük danışdıqlarını sübuta yetirmiş oldular. Əvvəla ona görə ki, mitinqə 10 minlərlə insanın gələcəyindən bəhs edən radikallar birləşmiş şəkildə meydana heç 1000 nəfər də toplaya bilmədilər.

Hətta müxaliflərin özlərinin mitinqdən çəkərək yaydıqları fotoşəkillərə nəzər salmaqla da qeyd olunaların əyani təsdiqini görmək mümkündür. Bu mənada mitinqin "izdihamlı" keçdiyini deyən radikal müxaliflər və onların mirzələrinin özləri də yəqin ki, "izdiham" sözünü işlədərkən cəfəng iddiada bulunduqların bildiklərindən özlərinin-özlərinə gülməyi tutur. Necə cəmiyyət bu mitinqə görə radikalları növbəti dəfə gülüş hədəfinə çevirib.

Mitinqin fiaskoya uğramasının isə bir neçə səbəbi mövcuddur. Əvvəla, yenidən təsdiq olundu ki, Milli Şurada yer alan müxalifətin heç bir sosial bazası, elektoratı yoxdur. Mitinqə gələn isə müxalif partiya liderlərinin yaxınlarıdır. Başqa sözlə, Milli Şura sadəcə ailə müxalifətindən ibarətdir.

Bu mənada tamamilə başadüşüləndir ki, radikal müxaliflər sırasında heç bir partiya və digər təşkilat ayrı-ayrılıqda mitinq keçirmir. Çünki bu mitinqlərə ümumiyyətlə, daha az sayda insanın gələcəyini bilirlər. Çünki, radikalların bəzi qohum-əqrəbaları belə onlardan üz döndərir.

18 avqust mitinqinin isə daha iki parametrə görə maraqlı cəhətləri üzə çıxdı. Əvvəla, Milli Şuraya xaricdən böyük həcmdə vəsait ayıranlar bir daha pulların tam perspektivsiz, xalq arasında heç bir nüfuz və dəstəyi olmayan qüvvələrə qoyduqlarının şahidi oldular. Təbii ki, bu, Milli Şuranın qarşıdakı dövr ərzində malliyyələşməsiən ciddi təsir edə bilər. Belə məlumatlar da ssələnir ki, mitinqə olduqca az sayda insanın gəlməsi Rüstəm İbrahimbəyovun da qanını bərk qaraldıb. O, Milli Şura üçün böyük vədlər verib pul aldığı xarici dairələr qarşısında miskin vəziyyətə düşüb. Bu səbbədən Milli Şuranın Bakıda olan rəhbərlərinə də bərk qəzəblənib Belə çıxır ki, qoca kinorejissorun ayırdığı pullar havaya gedib. Vəziyyətdən çıxış yolu kimi istisna deyil ki, radikallar yenidən icazəsiz mitinqlərə baş vursunlar.

Daha bir parametr isə Milli Şurada yaşanan ziddiyətlərdir və 18 avqust mitinqi bunu qabarıq formada üzə çıxardı. Belə ki, mitinqin zəif alınmasında partiyalar biri-birini suçladı. Beəl iddialar ssləndi ki, Milli Şuranın mitinqində əsasən AXCP-nin bayraqları görünüb, Müsavatın bayraqları isə elə də çox olmayıb. Müsavat üzvlərinin az olması İsa Qəmbərə irad kimi tutulub. Başqan isə iradlarla razılaşmayıb və bu, müxaliflər arasında ziddiyyəti daha da dərinləşdirib. Müsavat və AXCP iddia edir ki, mitinqə gələnlər əsas etibarı ilə onların üzvləri olub. Digər partiyalar və təşkilatlar isə hansısa ciddi rol oynamayıb. Qarşı tərəf isə bununla razılaşmır. Bu ziddiyyətin məntiqi nəticəsi olaraq Milli Şuranın yaxın tezliklə parçalanması tamamilə gözləniləndir. Məsələni şərh edən Mübariz Qurbanlı qeyd edir ki, avqustun 18-də keçrilən aksiya radikal müxalif düşərgənin hansı durumda olduğunu bir daha göstərdi: "Göstərdi ki, Milli Şura və onun vahid namizəd ideyası iflasa məhkumdur... Tam fiasko... Yenə sözümün əvvəlinə qayıdaraq qeyd etmək istəyirəm ki, seçkinin taleyini Azərbaycan xalqı həll edir və bizim də tam inamımız var ki, bu seçkilərdə Azərbaycan seçiciləri Prezident İlham Əliyevə növbəti dəfə yüksək səviyyədə dəstək verəcəklər".

Digər millət vəkili Aydın Mirzəzadə qeyd edir: "Milli Şuranın vahid təşkilat olmadığı, seçkiyə qədər böhran yaşayacağı əvvəlcədən məlum idi. Bir-birinə zidd olan, böyük iddialarla çıxış edən insanların bir namizəddən, o ki qaldı siyasətdən kənar bir insanla seçkiyə getməsi inandırıcı görünmürdü. Proqnozlar özünü doğrultdu, Milli Şuradakı qarşıdurma ən yüksək həddə çatdı".

O, Rüstəm İbrahimbəyovun seçkilərdə iştirak etmək istəmədiyini açıq-aşkar ortaya qoyduğunu xatırladıb. Bu yaxınlarda ona zəng edən jurnalistə "mənə zəng etməyin, montajla məşğulam" kimi qəribə cavab verməyini yada salaraq deyib ki, radikal müxalifət nəyə çalışırdısa, ona da nail oldu:

"Seçki çox ciddi hazırlıq, cəmiyyətlə işləmək, şüarları dəqiqləşdirmək, ölkənin qarşısında duran problemlər üzrə proqramların hazırlanmasını tələb edir. Milli Şura bunların heç birini edə bilmir. Təqribən 50 gündən sonra seçki olacaq, ancaq Milli Şura nə namizədini, nə proqramını, nə də ki təşkilatın strukturunu müəyyən edə bilib".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs