Əlaqə Arxiv
news Image
2013.08.22
08:51
| A A A
Uğurlu xarici siyasətin böyük dividendləri
"Nezavisimaya qazeta": "Mübahisəsiz lider rolu Azərbaycana bütün xarici partnyorlarla bərabər münasibətlər qurmağa imkan verir"

Prezident seçkilərinə hələ bir neçə ay qalmış Azərbaycan beynəlxalq diplomatiyanın mərkəzinə çevrildi. Bu fikirlər Rusiyanın aparıcı media orqanlarından biri sayılan "Nezavisimaya qazeta"da yer alıb. Qəzet yazır ki, Qərb nümayəndələrinin və MDB ölkələrinin liderlərinin səfərləri belə əminlik yaradır ki, 9 oktyabrdan sonra ölkənin kursu dəyişməyəcək.

Qəzet onu da xatırladır ki, ötən həftə Azərbaycan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasında sədrlik vəzifəsinir qəbul edib. O da vurğulanır ki, mübahisəsiz lider rolu Azərbaycana bütün xarici partnyorlarla bərabər münasibətlər qurmağa imkan verir. Bu fonda müdafiə naziri Səfər Əbiyevin ABŞ-a səfəri, İtaliya baş nazirinin və Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə xüsusi diqqət yetirilir.

Rusiya İctimai Palatasının üzvü Sergey Markov Rusiya prezidenti Vladimir Putinin səfəri ilə ilgili bildirir ki, Putinin yenidən prezident seçildikdən sonra Cənubi Qafqaza, konkret Azərbaycana ilk səfəri Rusiya hökuməti tərəfindən bu ölkəyə müsbət və yüksəksəviyyəli münasibətin real təsdiqidir: "Prezident İlham Əliyevin hakimiyyəti dövründə Rusiya-Azərbaycan münasibətləri konstruktiv məcrada inkişaf edib. Ölkələrimiz arasında mövcud münasibətlərdə böhran yaşanmayıb. Əksinə, inkişaf yaşanıb, xüsussən iqtisadi sferada sürətli tərəqqi yaşanır, hərbi məsələlər üzrə məsləhətləşmələr davam edir".

Alman politoloq Aleksandr Rar isə bildirir ki, Azərbaycanın ABŞ, Avropa İttifaqı, Türkiyə, İsrail və digər ölkələrlə öz əlaqələri var: "Və Rusiyada regionda lider olan bu ölkə ilə əməkdaşlıqda maraqlıdır. Azərbaycan ağıllı siyasət yürüdərək tərəfdaşları ilə heç bir ziddiyyət yaratmır. Məsələn, Azərbaycan qazının Avropaya nəqli üçün "Transadriatik" (TAP) kəməri seçildi. Bu isə Bakıya həm Qərblə münasibətlərini saxlamağa imkan verdi, həm də Rusiyanın dostluq əlini sıxmaq fürsətini qazandırdıTAP kəmərinin inşası Rusiya üçün ən yaxşı variantlardan biridir. Bu kəmər Qərb və Rusiyanın Azərbaycanla praqmatik əməkdaşlığının davam etdirilməsinə imkan verir. Bu mənada təbiidir ki, İtaliya hökumət başçısı öz ehtiramlarını İlham Əliyevə çatdırdı, Rusiya nümayəndə heyəti isə gələcək planları müzakirə etməyə başladı".

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın öyrənilməsi Mərkəzinin eksperti Andrey Areşev isə bildirir ki, hər iki tərəfin iri layihələrin, o cümlədən, enerji layihələrinin gerçəkləşməsində maraqlı olduğu aydındır və bəllidir ki, məhz enerji sahəsindəki əməkdaşlıq bu səfərin gedişatında kifayət qədər böyük yer alıb. Azərbaycanda keçiriləcək prezident seçkilərinə dair Rusiyanın mümkün mövqeyi ilə bağlı da kifayət qədər fərziyyələr var idi: "Buna görə də "saatların qarşılıqlı yoxlanmasında" və geniş əhatəli məsələlər ətrafında Rusiya-Azərbaycan əməkdaşlığına yönəlmiş ümumi mövqeyin təsdiqlənməsində də zərurət var idi.

A.Areşev hesab edir ki, Cənubi Qafqaz isə postsovet məkanının vacib hissəsidir: "Bu vacibliyin səbəbi isə onun ən azı Şimali Qafqazla qonşu region olmasıdır. Yeri gəlmişkən, Şimali Qafqazın təhlükəsizliyi və sabitliyi Rusiya-Azərbaycan dialoqunun əsasını təşkil edən məsələlərdəndir. Beləliklə, Putinin səfəri baş tutdu və səfəri ümumilikdə uğurlu hesab etmək olar. Fikrimcə, bu səfər Qafqazda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcək".

Rusiya prezidentinin səfərini Azərbaycanda az bir müddət sonra keçiriləcək prezident seçkiləri müstəvisində İlham Əliyevə rəsmi Moskvanın dəstəyi baxımından şərh edən politoloq bildirib ki, Azərbaycanda xalq hakimiyyətini özü seçir və bu barədə Rusiya Azərbaycanın və ya digər bir ölkənin daxili işlərinə qarışmır: "Zənnimcə, Azərbaycandakı hakimiyyət prezident seçkiləri ərəfəsində özünü kifayət qədər inamlı hiss edir. Bir çox ekspertlərin seçki ilə bağlı ümumi rəyi belədir ki, müxalifətin qələbəyə hər hansı cüzi şansı belə yoxdur. Həm Rusiya, həm də Azərbaycan davamlı xarakterə malik və mütərəqqi şəkildə inkişaf edən qarşılıqlı əlaqələrin gələcəyinin konturlarını müəyyən etməlidir". Ekspert əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin problematik xarakterinə baxmayaraq, Rusiya öz yolundakı bütün çətinlikləri dəf edərək ölkələrlə münasibətlərini möhkəmləndirəcək.

Sizin Reklam Yeriniz