Əlaqə Arxiv
news Image
2013.08.23
08:56
| A A A
İrəvan Kreml üçün arxa plana keçdi
Son 3 ildə nə Rusiya prezidentinin, baş nazirinin Ermənistana səfər etməməsi İrəvanı az qala matəmə bürüyüb

Rusiya və Ermənistan arasında münasibətlərin son dövrlərdə gərgin məcrada inkişaf etməsi heç kimə sirr deyil. Moskvanın istəklərinin əksinə olaraq İrəvanın Qərbdə doğru meyllənməsi Kremli xeyli qıcıqlandırıb. Rusiya Ermənistana indiyə qədər etdikləri müqabilində də bunu gözləmirdi və elə bu səbəbdən indi İrəvanla sərt dildə danışmaq qərarına gəlib.

Artıq məlumat verildiyi kimi Ermənistana satılan qazın qiyməti qaldırılıb. Bunun ardınca digər addımların atılması planlaşdırılır, erməni miqrantların da Rusiyadan çıxarılması nəzərdə tutulur. Həmçinin, Rusiyadan Ermənistana göndərilən pulların miqdarının azaldılması gözlənir. Bütün bunlar isə Ermənistanın sosial-iqtisadi durumunun daha da pisləşməsi deməkdir. Bütün bunlar fonunda Ermənistan-Rusiya arasında münasibətlərində müşahidə olunan gərginlik pik həddə çatıb. Xüsusilə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra erməni ictimaiyyətində bir xaos hökm sürməkdədir. Ermənilər Moskvanın Bakı və İrəvanla münasibətindəki fərqləri müzakirə edirlər. Məsələ ilə bağlı Ermənistanın "The Armenian Mirror-Spectator" jurnalı yazır ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl Azərbaycana səfər edib: "Ermənistanın regionda Rusiyanın strateji müttəfiqi olmasına baxmayaraq ilk səfərini Putin Ermənistana yox, Azərbaycana edib. Baxmayaraq ki, Putin seçildikdən sonra İrəvan dəfələrlə onu dəvət edib. Putinin Azərbaycana səfəri Ermənistanda narahatlıq yaradıb. Moskva bir müddət əvvəl Azərbaycana 4 milyardlıq qabaqcıl silahlar satıb. Bundan başqa Azərbaycan Ukrayna, Belorus və İsraildən də silah alır.

Rusiyanın nəhəng siyasi okeanında Ermənistan balaca balıqdır. Siyasi şərhçilərin fikrinə görə, Putinin Bakıya səfərinin məqsədi Qafqazda hegemonluğunu qoruyub saxlamaqdır. Putin hesab edir ki, Ermənistan müttəfiq kimi artıq onun cibindədir. Ona görə də, regionda daha güclü tərəfdaş axtarır".

Bu arada "Rusiya, Ermənistandan rədd ol!" şüarları bir neçə gündür ki, yenə Ermənistanı bürüyüb. Ölkədə müşahihə olunan qiymət artımına etiraz edən xüsusilə gənclərdən ibarət qrup problemin kökünü Rüusiyanın öz forpostuna satdığı qazın qiymətini artırmasına axtarır. Etirazçılar hökumətdən tarifləri aşağı salmağı və Rusiya ilə dil tapmağı tələb edir. Əslində, Rusiyanın Ermənistandan rədd olmasını istəyən yalnız sadə təbəqə deyil. İşğlaçı ölkənin Nazirlər Kabinetində də anti-Kreml meyllərinin artıdığı müşahidə olunur. Bu istəksizlik xüsusilə Rusiya prezidenti Vladimir Putinin Bakı səfrəindən sonra daha da intensivləşib. Putinin üçüncü prezidentliyi dövründə ilk səfərini strateji müttəfiqi Ermənistana deyil, Azərbaycana etməsinə qısqanclıqla yanaşırlar. Son 3 ildə nə Rusiya prezidentinin, nə də baş nazirinin Ermənistana səfər etməməsini xüsusi vurğulayan erməni mətbuatı diqqəti Moskvanın Bakı ilə münaisbətlərin dərinləşdirməsinə yönəldir.

Həmçinin, ilk həftəsinədək Ermənistan prezidentinin Moskvaya səfəri gözlənilir. Erməni mətbuatının yazdığına görə, əslində, Serj Sarkisyanın Moskvaya səfəri avqustun 15-17-nə təyin olunsa da, Putinin Bakı səfərindən sonra bu təxirə salınıb. Lakin Sarkisyan Moskva ilə əlaqələrdə müşahidə olunan soyuqluğu aradan qaldırmaq üçün tezliklə Moskvaya getməkdə maraqlıdır.

Putininin 2008-ci ildə Rusiya prezidenti postunu tərk etdikdən sonra Ermənistana baş çəkmədiyini yazan Ermənistanın "Jamanak" qəzeti qəzet prezident Serj Sarkisyanın 2008-ci ili Moskvaya yola düşərək prezident seçkilərində ona açıq şəkildə dəstək göstərdiyinə görə xüsusi minnətdarlıq etdiyini xatırladıb. Hesab edilir ki, Sarkisyan minnətdarlıq etməklə əslində 2008-ci il mart qırğınına görə məsuliyyətin bir hissəsini Putinin üzərinə qoyub. "Jamanak" Putinin onu ictimai olaraq ifşa etdiyi üçün Sarkisyanı bağışlamadığını ehtimal edir: "2010-cu ildə prezident Dmitri Medvedevin səfəri Ermənistana Rusiyanın yüksək vəzifəli şəxslərin son səfəri oldu. Üç il keçdi, ancaq nə Rusiya prezidenti, nə də baş nazir Ermənistana gəldi. Amma Rusiya Azərbaycanla münasibətlərini dərinləşdirmək üçün fəal çalışır".

"Jamanak" ehtimal edir ki, Putinin Bakıya səfəri Moskvanın həyata keçirdiyi prosesin bir mərhələsidir və bu baxımdan Bakı Putin üçün son stansiya olmaya bilər: "Danışıqlar dövr edir və Putin payızda Ermənistana gələ bilər. Payızda Ermənistanı fövqəladə bir hadisə gözləyir. Bu Avropa İttifaqı Şərq Əməkdaşlığının noyabr ayında Vilnüs sammitində Aİ ilə assosiativ sazişin imzalanması olacaq. Çox güman ki, Putinin Ermənistana ehtimal olunan səfərində İrəvan qarşısında şərt qoyulacaq və prosesin qarşısının alınmasına çalışılacaq. Əgər noyabrın sonuna kimi Rusiya prezidenti Ermənistana gələcəksə, o halda hesab etmək lazımdır ki, assosiativ sazişdən imtina təhlükəsi artır. Putin yalnız triumfator kimi Ermənistan gələcək və o halda Ermənistana gələcək ki, Sarkisyanın assosiativ sazişdən imtina edəcəyinə əmin olacaq. Əminlik yoxdursa, bu səfər olmayacaq". "Jamanak" yazır ki, hər halda assosiativ sazişin imzalanması Rusiya prezidentinin şəxsi məğlubiyyəti demək olacaq.

İrəvanı narahat edən vacib məqamlardan biri də Azərbaycanın işğal olunmuş ərazilərilə bağlıdır. Azərbaycanın iqtisadi qüdrətinin güclənməsi təbii ki, Rusiya da daxil olmaqla onun dostlarının və dəstəkləyənlərinin sayının artması deməkdir. Bu isə təcavüzkar ölkədə Azərbaycanın haqq səsinin və mövqeyinin dəstəklənməsi qorxusunu artırır. Erməni politoloqların qənaətincə, İrəvan Kremllə münasibətləri normallaşdırmasa, sülh prosesində vəziyyətin rəsmi Bakının xeyrinə dəyişəcəyi qaçılmazdır.

Sizin Reklam Yeriniz