news Image
2013.08.26
10:19
| A A A
Bu gün hava sərin olacaq
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 19-24°, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 faiz, gündüz 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Şıx, Sahildə 27-28° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 18-23°, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 10-15°, gündüz 22-27° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 18-23°, gündüz 30-35° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 18-23°, gündüz 27-32° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 19-24°, gündüz 32-37° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, temperaturun gecə 20-24°, gündüz 30-35° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs