Əlaqə Arxiv
news Image
2013.08.26
12:46
| A A A
Azərbaycanda dörd ayın əsgəri faciəli şəkildə ölüb

Azərbaycan Ordusu daha bir əsgərini itirib.  Mövqe.az-ın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb.


Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Tural Qazıyev təsərrüfat işləri ilə məşğul olarkən onu elektrik cərəyanı vurub. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  Mövqe.az-a faktı təsdiqləyiblər. Məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. 

 

Qeydə edək ki, T. Qazıyev 2013-cü ilin aprelində Bakının Xətai rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Sizin Reklam Yeriniz