news Image
2013.08.26
11:54
| A A A
Zaqatala sakini polis əməkdaşının qulağını dişləyib

Zaqatalada polis əməkdaşına xəsarət yetirilib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hadisə ötən gecə Zaqatala şəhəri ərazisində qeydə alınıb.


Zaqatala şəhər sakini, 35 yaşlı Səbuhi Qurban oğlu Allahverdiyev aralarında yaranmış mübahisə zəminində, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri, 1981-ci il təvəllüdlü Atayev Nəcməddin Murtuzəli oğlunun qulağını dişləyib. Bundan başqa S. Allahverdiyev polis əməkdaşının sinə nahiyəsinə də xəsarət yetirib.

 

Polislə qarşıdurma zamanı S. Allahverdiyev də xəsarət alıb. Hər iki yaralı Zaqatala MRX-ya müraciət edib.

 

Xəstəxanadan həmçinin bildirilib ki, polis əməkdaşı N. Atayev və vətəndaş S. Allahvediyevə ilkin tibbi yardım göstərilib, daha sonra onların hər ikisi ambulator müalicə almaq üçün evə buraxılıb.

 

Zaqatala Rayon Polis Şöbəsindən  APA-ya faktı təsdiqləsələr də, əlavə məlumat verilməyib: "Faktla bağlı araşdırma aparılır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs