news Image
2013.08.26
17:24
| A A A
Şimal qonşumuzun miqrantlara qarşı «səlib yürüşü» davam edir
Əlövsət Əliyev: «Düşünmürəm ki, bu proses Rusiyadan azərbaycanlıların Vətənə kütləvi axınına səbəb olacaq» Azər Allahverənov: "Hadisələrin müəyyən istiqamət üzrə inkişafını proqnozlaşdırmaq lazımdır"

Rusiyada miqrantlara qarşı başlanan "səlib yürüşü" davam edir. Saxlana miqrantlar arasında soydaşlarımıza da rast gəlinir. Son günlərdə isə Rusiyanı tərk edib Azərbaycaan üz tutan azərbaycanlı miqrantların sayında cüzi olsa artım müşahidə olunur.

Miqrantlara hüquqi yardım mərkəzinin rəhbəri Əlövsət Əliyev Mövqe.az-aaçıqlamasında məsələ ilə bağlı bildirir: "Rusiyadan Azərbaycana qayıdan miqrantların sayı o qədər də çox deyil ki, onlar Azərbaycanın əmək bazarında hər hansı bir dəyişiklik edə bilsinlər. Onların sayı 600 nəfərdir. Mövcud vəziyyət necədirsə, elə qalacaq. Yeni qaydalar bundan sonra ora gedənlərə və orda icazəsiz yaşayanlara şamil olunur. Onların da sayı olduqca azdır. Düşünmürəm ki, bu proses Rusiyadan azərbaycanlıların Vətənə kütləvi axınına səbəb olacaq. Ola bilər, maksimum 1000 nəfər qayıtsın. Çünki Azərbaycan özü də miqrasiya siyasətini sərtləşdirir. Və Azərbaycanda hal-hazırda əmək bazarında 10 minlərlə əcnəbi var".

Miqrasiya üzrə ekspert Azər Allahverənov isə qeyd edir: "Bildiyiniz kimi, hal-hazırda Rusiyada 600 minə yaxın soydaşımızın əmək fəaliyyəti ilə məşğul olduğu bildirilir. Təbii ki, Rusiya böyük bir əmək bazarıdır. Bizim miqrantlar artıq uzun bir müddətdir ki, öz bizneslərini orada qurmuşlar. Öz əmək fəaliyyətlərini həyata keçirməkdədirlər. Bizim miqrantlar Rusiyada işgüzar əlaqələrə malikdirlər. Amma fərz edək ki, hansısa səbəblərə görə Rusiyada yaşayan azərbaycanlılar oranı tərk etmək məcburiyyətində qalırlar və öz ölkələrinə qayıdırlar. Təbii ki, belə bir vəziyyətdə Azərbaycanda əmək bazarında müəyyən gərginliyin yaranmasını proqnozlaşdırmaq olar. Məsələ ondan ibarətdir ki, artıq uzun müddətdir ki, hardasa 2006-cı ildən etibarən Rusiyada əməkçi miqrantlarla bağlı sərt qaydaların tətbiq olunduğunu görürük. Müəyyən mənada bu proseslər orada əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlı miqrantların azalmasına və yaxud da profilinin dəyişməsinə səbəb olub. Rusiyanin əmək miqrasiyası ilə bağlı bu yanaşması dəyişmir və ildən-ilə daha da sərtləşir. Yeni qaydalar tətbiq olunur və son həddə azərbaycanlı miqrantlar orda əmək fəaliyyəti ilə məşğul ola bilmirlər. Buna görə də, qanuni şəkildə öz ölkəsinə qayıtmaq məcburiyyətində qalırlar. Belə olan halda bizim əmək bazarında yaranacaq olan gərginlik təbii ki, çox böyük sayda əmək ehtiyyatlarının, əmək resusrlarının bazara daxil olması, burda rəqabətin artmasına səbəb ola bilər.

Onu da qeyd edim ki, böyük bir miqrant ordusunun Rusiyadan Azərbaycana qayıdışı, heç inamıram ki baş verə biləcək". Ekspert bunun qarşısını ala biləcək tədbirlərdən də danışdı: "Düşünürəm ki, belə hallara həmişə hazırlıqlı olmaq lazımdır. Hadisələrin müəyyən istiqamət üzrə inkişafını proqnozlaşdırmaq lazımdır. Bunun üçün də, hər hansı xoşagəlməz nəticələr, ağır fəsadların olmaması və əmək bazarında geniş mənada sosial sahədə gərginlik yaranmasın deyə, artıq müəyyən proqramlar üzərində işləməyə ehtiyac var. Çünki səhəri gün Rusiyadan Azərbaycana böyük miqdarda miqrantın qayıdışı baş verərsə, onların işlə təmin olunması, problemlərinin dövlət səviyyəsində həll olunması kimi məsələləriçox operativ şəkildə işləməyə ehtiyac olacaqdır. Düşünürəm ki, bu tipli məsələlər də dövlət hazırlıq işləri aparmalıdır. Bunun üçün də çox düzgün və dəqiq qiymətləndirmənin aparılmasına ehtiyac var. Bu sahədə uzunmüddətli proqramların hazırlanması lazımdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs