Əlaqə Arxiv
news Image
2013.08.27
08:34
| A A A
Çörək istehsalının lisenziyalaşdırılması gecikir
Halbuki, lisenziyalaşdırılması bu məhsulun istehsalında çatışmazlıqlara son qoymaq iqtidarındadır

Ölkədə bəzi növ ərzaq məhsullarının istehsalı zamanı standartların gözlənilməməsi danılmaz həqiqətdir. Düzdür, müvafiq dövlət qurumları, o cümlədən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadi iNkişaf Nazirliyi bel əhallara qarşı intensiv mübarizə aparır. Nəticə etibarı ilə istehsalı tələblərə cavab verməyən ərzaq və digər məhsullar dövriyyədən çıxarılır.

Lakin o da faktdır ki, hələ də stanadartlara cavab verməyə formada məhsul istehsalı davam edir və onların satışa çıxarılmasına cəhd göstərilir. Məsələn, gündəlik istehlak malları sırasında seçilən çörəyi buna misal göstərmək olar. Ekspertlər hesab edir ki, insanların gündəlik istehlakında xüsusi yer tutan məhsulların istehsalını lisenziyalaşdırmaqla vəziyyətdən çıxmaq olar. Qeyd edək ki, bu təcrübədən xarici ölkələrin biri çoxunda istifadə olunur. Ekspertlər analoji təcrübənin ölkəmizdə də tətbiqini zəruri sayırlar. Məsələn, hesab olunur ki, əhalinin tam keyfiyyətli çörəkl ətəmini üçün çörək istehsalı ilə məşğul olan sahibkarların fəaliyyəti lisenziyalaşdırılmasına ehtiyac var. Hazırda Azərbaycanda ərzaq məhsullarının istehsalı sahəsindəki fəaliyyət lisenziyalaşdırılmır. Bunun nəticəsidir ki, bəzən standartlara uyğun olmayan obyektlərdə çörək istehsal edilir. Bu sahədə olan digər bir problem isə çörəklərin üzərində istehsal tarixinin və istehlakçı haqqında məlumatın göstərilməməsidir. Çörəyin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə aidiyyatı qurumlar çörək istehsalı ilə məşğul olan obyektlərdə dəfələrlə yoxlama aparılıb. Aparılan yoxlamalar nəticəsində xeyli miqdarda çörək, bulka və digər məmulatlar satışdan çıxarılıb.

Qeyd edək ki, hazirda siqaret və spirtli içki məhsullarının istehsalı lisenziyalaşdırılır. Ekspertlər isə bildirr ki, çörək istehsalının da lisenziyalaşdırılması yaxşı olardı. Bu zaman çörəyin keyfiyyəti də yüksək olardı və belə vəziyyətdə ona nəzarət etməyə çoz ciddi ehtiyac yaranmazdı. Düzdür, çörəyin keyfiyyətinə daimi, mütəmadi olaraq nəzarət etmək lazımdır. Lakin lisenziya əsas verəcək ki, sahibkar keyfiyyətsiz çörək istehsal etməsin. Əks halda onun fəaliyyətiən birdəfəlik qadağa qoyula bilər. Qida məhsullarının, o cümlədən çörək istehsalının lisenziyalaşdırılması bu fonda məqsədəuyğun sayılır.

Hazırad isə əvvəlki kimi əss etibarı ilə Azərbaycanda çörək istehsalı sahəsində fəaliyyət göstərən kiçik sexlərdə çörəyin istehsal olunmasında ciddi nöqsanlar özünü göstərir. Ölkənin bəzi regionlarında, xüsusilə də Bakı ətrafı ərazilərdə müasir texnologiya ilə təchiz olunmuş çörək istehsalı ilə məşğul olan zavodlarda istehsalla bağlı nöqsanlara yol verilmir. Lakin bu kimi zavodlarla yanaşı kiçik çörək sexləri də fəaliyyət göstərir ki, onların da bəzilərinin fəaliyyəti qaneedici deyil. Bu kimi sexlərdə texnologiyadan istifadə sahəsində sanitar qaydalara riayət olunmasında problemlər yaşanır. Əlbəttə ki, bu da son mərhələdə istehsal olunan çörəyin keyfiyyətində və təhlükəsizliyində özünü göstərir.

Çörək istehsalında əsas problemlərdən biri istehsal olunan məhsulların qablaşdırılması və daşınması sahəsindədir. Bəzi çörək sexlərində istehsal olunan çörəyin qablaşmasının üzərinə onun saxlanma müddətinin normadan çox, yəni 5-6 sutka olduğu qeyd olunur. Lakin çörəyin saxlanma müddətinin 72 saatdan çox olmasına icazə verilmir. Həmçinin çörəyin daşınmasında da sanitar qaydaların ciddi şəkildə pozulması, nəqliyyat vasitələrinin təyinatı üzrə düzgün seçilməməsilə qarşılaşırıq. Belə ki, çörəyin minik avtomobilinin yük hissəsinə yığılması və satış yerlərində bu məhsulların üzərinə natəmiz parçaların, hətta paltarların sərilməsi sanitariya sahəsində ciddi nöqsanlardır. Hətta bəzi çörək sexləri də var ki, daha öncə cərimə olunmalarına baxmayaraq, hələ də eyni problemlər davam etməkdədir. Lakin əsas məqsəd təkcə cərimə sanksiyaları tətbiq etmək deyil, sahibkarların sexlərdə sanitariya qaydalarına riayət edilməsinə özlərinin də diqqət yetirməsidir. Bunun üçün üçüen isə ən yaxşı vasitələrdən biri yuxarıda qeyd olunduğu kimi çörək istehsalının lisenziyalaşdırılmasıdır.


Sizin Reklam Yeriniz