news Image
2013.08.29
15:03
| A A A
Qidaların əlavələrlə zənginləşdirilməsi gecikir
Musa Quliyev: «Məsələyə payız və ya yaz ssesiyasında baxılmasını dəqiq müəyyən etməmişik»

Təxminən 2 ildir ki, gündəmdə olan məsələlərdən biri də qidaların əlavələrlə zənginləşdirilməsi ilə bağlıdır. Azərbaycanda da bu istiqamətdə müəyən addımlar atılması nəzərdə tutulur və bunun qanunvericiliklə tənzimlənməsi gözlənir. Lakin hələlik bu istiqamətdə heç bir addım atılmayıb. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev məsələ ilə əlaqədar Mövqe.Az saytına açıqlamasında aşağıdakıları bildirib: "Bu məsələ komitənin gündəliyindədir. Son qərara görə, qidaların əlavələrlə zənginləşdirilməsi "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna əlavə və dəyişikliklər formasında olacaq. Amma orada paket dəyişikliklər nəzərdə tutulur. Hazırda Səhiyyə Nazirliyi ilə Milli Məclisin Sosial siyasət komitəsi "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunda bunula bağlı hansi müddəaların yenidən  işlənməsini, hansı əlavə və dəyişiklik olunmasını, hansı maddələrin çıxarılıb və ya əlavə olunmasını dəqiqləşdirir. Məsələyə  payız və ya yaz ssesiyasında baxılmasını dəqiq müəyyən etməmişik. Amma üzərində iş gedir, gündəliyimizdədir. Ləngimənin yeganə səbəbi odur ki, qanuna hər gün dəyişiklik və əlavə olunmasın". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs