news Image
2013.08.29
19:44
| A A A
Azərbaycanla Rusiya arasındakı gömrük-keçid məntəqəsində yaranmış problem aradan qaldırılır

Qusar rayonunun Samur Gömrük-Keçid Məntəqəsində Azərbaycan-Rusiya sərhədində yaranan avtomobil növbələri azalmaq üzrədir.

Trend Regional TV-yə istinadən xəbər verir ki, hazırda ərazidə 50-60 avtomobil var ki, onların da arasında kiçik nəqliyyat vasitələri üstünlük təşkil edir. "Samur" Gömrük Postunun rəis müavini Cavid Nadirovun sözlərinə görə, gün ərzində qarşı tərəfə 200 avtomobil buraxılır.

Keçid məntəqəsində avtomobil növbələrinin yaranmasına əsas səbəb Rusiyada yeni tədris ilinin başlanması və Azərbaycanda istirahətdə olan Rusiya vətəndaşlarının öz ölkələrinə qayıtması ilə bağlıdır.

Bundan başqa, Azərbaycandan olan müxtəlif mövsümi meyvə-tərəvəz məhsullarının qonşu ölkəyə aparılması da sərhəddə növbələrin yaranmasında səbəblərdən biri kimi göstərilir.

Cavid Nadirov qeyd edib ki, Samur Gömrük-Keçid Məntəqəsində yaranmış nəqliyyat vasitələrinin növbələri bir neçə gündən sonra təmamilə aradan qalxacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs