Əlaqə Arxiv
news Image
2013.08.30
08:51
| A A A
Avropa Birliyindən Azərbaycana da toxunacaq təhlükəli iqtisadi addım
Vüqar Bayramov: “Bu qanun AB ilə xarici ticari əlaqlərdə olan bütün ölkələrə mənfi təsir göstərəcək” Ruslan Atakişiyev: “Qiymətli kağızlar bazarına da mənfi təsirini göstərə bilər”

Avrozona məlum iqtisadi tənəzzüldən xilas olmaq üçün başqa bir iqtisadi metod - "Tobin vergisi"nin tətbiqinə başlaya bilər. Yəni, digər dövlətlərdən Avrozonaya maliyyə tranzkasiyaları zamanı vergi tətbiq oluna bilər. Burada Avropa Birliyinin, yoxsa digər ölkələrin uduzacağı dəqiq bəlli deyil. Amma praktika göstərir ki, bu cür vergi növünü tətbiq edən ölkələrdə investorlar kütləvi şəkildə oranı tərk etməyə başlayıb.

Yaxud da o vergi növünün işlək olduğu ölkə ilə iqtisadi əlaqəsi olan digər ölkələr əməliyyatlar zamanı kifayət qədər vəsait itirirlər. Elə məhz bu fonda Avropa Birliyində "Tobin vergisi" tətbiq edilərsə, bunun ölkəmiz üçün ziyanı gündəmə gəlir. Çünki, bu gün Azərbaycanın Avropa Birliyi ilə kifayət qədər ticari əlaqələri mövcuddur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, AB-ə maliyyə tranzaksiyalarına vergilərin tətbiq edilməsi Azərbaycan üçün arzuolunan deyil: "Çünki, Azərbaycan Avropa Birliyi ilə sıx əməkdaşlıq edən ölkədir. Nəzərə alaq ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 65% -i Avropa Birliyi ölkələrinin payına düşür, onda Azərbaycan bu vergilərdən itirən ölkələrdən biri olacaq. Azərbaycanın AB ilə xarici iqtisadi fəaliyyətini nəzərə alsaq, burada söhbət kifayət qədər ciddi köçürülmələrin vergiyə cəlb edilməsindən gedir. Ancaq həmin vergilərin enerji resurslarının satılmasına tətbiq edilib - edilməyəcəyi əsas mövzu ola bilər. Çünki, bəzi hallarda vergilərdə tətbiq edilən qaydalar bütövlükdə heç də tam olaraq enerji resurslarının ixracatına və idxalına tətbiq olunmur. Azərbaycanın illik xarici ticari dövriyyəsi 33 milyard 560 min dollardır. Bu vəsaitin 65% - i AB-nin payına düşür. Bu da o deməkdir ki, bizim AB ilə ticari dövriyyəmiz 20 milyard dollardan artıqdır. 20 milyard dollardan artıq ticarət dövriyyəsinin vergiyə cəlb edilməsi Azərbaycan tərfindən AB-nə 100 milyonlarla verginin ödənilməsi deməkdir. Ona görə də Azərbaycan AB-də maliyyə tranzaksiyalarına vergilərin tətbiq edilməsində maraqlı ölkə deyil. Əgər bu vergi enerji resurslarının ixaracatına da tətbiq olunacaqsa, Azərbaycan milyonlarla avro ziyana düşə bilər. Bu qanun eyni zamanda AB ilə xarici ticari əlaqələrdə olan bütün ölkələrə mənfi təsir göstərəcək. Həmin vergi nəticədə əlavə xərclərin yaranmasına gətirib çıxaracaq".

İqtisadçı əlavə etdi ki, Azərbaycan Avropa Birliyinə enerji resursları satır: "Burada hətta vergi tətbiq edilsə belə, enerji resurslarının Avropa satılması qaçılmazdır. Çünki, neft Avropaya Bakı - Tiflisi - Cehyan kəməri vasitəsi ilə gedir. Amma bütövlükdə belə bir verginin tətbiq edilməsi digər ölkələrin AB-ə, Azərbaycanın da qeyri-neft sektoru üzrə idxal - ixrac əməliyyatlarının azalmasına gətirib çıxaracaq. O baxımdan belə bir verginin tətbiq edilməsi AB-nə digər ölkələrin xarici iqtisadi əlaqələrinin azalmasına səbəb ola bilər".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki, bu qərar AB-də böhrandan sonrakı mərhələdə sırf bank sektorunu daha da sağlamlaşdırmaq məqəsədi daşıyır: "AB-də belə bir fikir formalaşıb ki, baş verən böhranlar, xüsusən bank sektorunun qeyri-sağlam inkişafı münasibətlərə təsir göstərir. Ona görə də bank sektorunun fəaliyyətini daha da yüksək səviyyə qaldırmaq, bununla yanaşı vergi daxilolmalarını artırmaq və digər sosial problemləri həll etmək üçün nəzərdə tutulmuş variantdır. Ancaq bu qanun qəbul oldğu halda belə bir fikir irəli sürülür ki, həmin sənəddə nəzərdə tutulan qiymətli kağız və istiqrazlar əməliyyatların nəticəsində 0.1 % qiymətləndirmə reallıqda 0.01 % - ə düşə bilər. Yəni, həmin əməliyyatlarda 35 milyard avro gəlir gözləyənlərin gəliri sonda 3.5 milyarda düşə bilər".

Ekspert əlavə etdi ki, Azərbaycanın bir sıra şirkətləri və fiziki şəxsləri müxtəlif şəkildə Avropanın qiymətli kağız bazarında iştirak edir: "Bu qanun qəbul olunarsa, qiymətli kağızlar bazarına da təsir etdiyinə görə sonda oradan gözlənilən gəlirə də öz mənfi təsirini göstərə bilər. Bundan başqa, investorların daha əlverişli bazarlara üz tuta bilmə ehtimalı artır. Yəni, investorlar öz kapitalını AB -dən çıxarıb digər bazarlara qoyuluşunu həyata keçirə bilərlər".

Sizin Reklam Yeriniz