Əlaqə Arxiv
news Image
2013.08.30
12:34
| A A A
Təhsil Nazirliyi 58 nəfəri sevindirdi (SİYAHI)
Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş şəxslərə rəy verilib Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 58 namizəd barədə müsbət qərar verilib. 

Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, həmin tələbələr təhsilini Türkiyə (36 nəfər), Böyük Britaniya (11 nəfər), Avstraliya (3 nəfər), İtaliya (2 nəfər), Kanada (2 nəfər), Malayziya (1 nəfər), ABŞ (1 nəfər), Rusiya (1 nəfər) və Macarıstanda (1 nəfər) rezidentura (23 nəfər), bakalavriat (20 nəfər), magistratura (14 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində tibb, iqtisadiyyat, mühasibat uçotu, maliyyə, mühəndislik, nanotexnologiya, kompüter elmləri və turizm ixtisasları üzrə davam etdirəcəklər.

Təhsil Nazirliyi adları qeyd olunan tələbələri təbrik edir, onların təhsillərini uğurla başa vuraraq ölkəmizin davamlı inkişafı prosesinə layiqli töhfələr verəcəklərinə ümidvar olduğunu bildirir.

Bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 152 namizəd barədə müsbət qərar verilmişdir. Digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi daha 58 namizədin siyahısı:

1. Abdullayeva Yeganə Abduləhəd qızı 
2. Ağayeva Könül İmran qızı 
3. Almuradova Elvina Ağamoğlan qızı 
4. Aslanlı Ülvi Ramiz oğlu 
5. Axundov Zaur Mehman oğlu 
6. Baba-zadə Xanım Ağababa qızı 
7. Baxşalıyeva Türkan Vahid qızı 
8. Baxşəliyev Şiraslan Aslan oğlu 
9. Bədəlzadə Mehman Mikayıl oğlu 
10. Bəkirzadə Məhəd İlham oğlu 
11. Bəxtiyarzadə Aygül Mayil qızı 
12. Camalova Hilalə Fariz qızı 
13. Cəbrayılov Faiq Nizam oğlu 
14. Cəfərov Ruslan Yaqub oğlu 
15. Əbdülrəhimova Cəmilə Fəxri qızı 
16. Əfəndiyev Musa Süleyman oğlu 
17. Əhmədov Bayram Əliyar oğlu 
18. Əhmədova Aygül Maarif qızı 
19. Əliyev Bayram Umut oğlu 
20. Əli-zadə İslam Qafar oğlu 
21. Əmirov Razin Temirxan oğlu 
22. Əşrəfov Asif Məhərrəm oğlu 
23. Əvəzzadə Elməddin Niyaz oğlu 
24. Əzizli Orxan İltifat oğlu 
25. Fətullayev Tural Bəxtiyar oğlu 
26. Hacıyev Rüfət Anar oğlu 
27. Hacıyeva Nigar Bünyad qızı
28. Haqverdiyev Emin Salman oğlu
29. Həsənova Günel Ramiz qızı
30. Həsənova Aysel Yusif qızı
31. Həsənzadə Fidan Qalib qızı
32. Hüseynova Sevil Baxşəli qızı
33. İmanova Nərimanə Rafil qızı
34. İmranov Cavid Elman oğlu
35. İsmayılbəyli Nərgiz Malik qızı
36. İzzət Kənan Azər oğlu
37. Kərimli Əli İdrak oğlu
38. Kərimova Zərifə Məhəmməd qızı
39. Mahmudova Aytac Əbilfəz qızı
40. Mehdiyev Sərxan İlqar oğlu
41. Mehdiyeva Nəzrin Akif qızı
42. Məhəmmədəliyeva Aytəkin İbrahim qızı
43. Məmmədəliyev Sərxan Oqtay oğlu
44. Məmmədov Urfan Elxan oğlu
45. Məmmədova Nuran Zahir qızı
46. Məmmədxanlı Orxan Oktay oğlu
47. Məmməd-zadə Gültən Nəcməddin qızı
48. Mirzəyev Yalçın Məhəmməd oğlu
49. Nağıyeva Təranə Mirzə qızı
50. Nəcəfaliyeva Aytən Səfəralı qızı
51. Orucov Elvin Arzuman oğlu
52. Qənbərov Mehdi Nizami oğlu
53. Qocayev Afiq Nəriman oğlu
54. Quliyev Hüseyn Rafiq oğlu
55. Quliyeva Günel Səyavuş qızı
56. Salmanov Elşad Elxan oğlu
57. Şərifzadə Mehriban Şahin qızı
58. Xankişiyev Röyal Xanlar oğlu
Sizin Reklam Yeriniz